"Təbi gələndə yazmaq" anlayışına inanmıram" - Bioqrafik romanlar ustası yazı prosesi haqqında nə düşünürdü?

"Təbi gələndə yazmaq" anlayışına inanmıram"  - Bioqrafik romanlar ustası  yazı prosesi haqqında nə düşünürdü?
26 avqust 2025
# 17:30

26 avqust ABŞ yazıçısı İrvinq Stounun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Bioqrafik roman janrının banilərindən biri İrvinq Stoun 14 iyul 1903-cü ildə ABŞ-də, Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olub.

Yazıçı kimi tanınmazdan əvvəl o, iqtisadiyyat üzrə təhsil alıb və bu sahədə fəaliyyət göstərib.

1924-cü ildə Kaliforniyada universiteti bitirdikdən sonra iqtisadiyyatı tədris etməyə başlayıb. Stoun bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan dərhal sonra müəllim kimi işləmək icazəsi almış ilk məzun idi. Bu, onun o dövrdəki intellektual səviyyəsini və potensialını göstərən maraqlı bir fakt olaraq qeyd edilir.

1926-cı ildə yazıçı Parisə səyahət edir, daha sonra isə Nyu-Yorka köçür.

O, yazıçılıq fəaliyyətinin əvvəlində 6-7 il ərzində 18 teatr pyesi yazır. Onlardan yalnız ikisi Brodveydə tamaşaya qoyulur, lakin uğur qazana bilmir.

İrvinq Stoun özü haqqında danışarkən deyirdi: "Mən burjuaziya nümayəndəsiyəm, valideynlərim dükan sahibi idilər." Bu sadə, lakin aydın ifadə onun köklərinin haradan gəldiyini və həyat tərzinin formalaşmasında ailəsinin rolunu göstərir.

Stounun ədəbi yaradıcılığında əsas istiqamət bioqrafik romanlar olub. O, bu sahədə Amerikanın ən önəmli müəlliflərindən biri hesab olunur.

Vinsent Van Qoq, Cek London, Klarens Derron, Cessi Beuton-Fremont, Yudjine Debs, Erl Yoren, Con Noubl, Reyçel Cekson, Meri Todd və Avraam Linkoln, Mikelanjelo, Ziqmund Freyd, Henrix Şliman, Kamilla Pisarro, Çarls Darvin kimi tanınmış şəxsiyyətlər haqqında ümumilikdə 25 bioqrafik roman yazıb.

Onun bu əsərləri təkcə faktların sadə təsviri deyil, həm də həmin şəxslərin psixoloji portretlərini, dövrün mənzərəsini və daxili ziddiyyətlərini əhatə edən dərin ədəbi nümunələrdir. Bu səbəbdən də, o, ədəbiyyatda bioqrafik roman janrının yaradıcılarından biri kimi tanınır.

Stounun yaradıcılığına dair müsahibələrinin birində o, öz yazı prosesi haqqında belə danışırdı: "Hər gün səhər eyni vaxtda yuxudan oyanır, 9-un yarısından günorta saat 1-2-yə qədər iş masasının arxasında oturub çalışıram. Sonra pendirli bir sendviç yeyir, bir fincan çay içir, fiziki əməyə vaxt ayırıram. "Təbi gələndə yazmaq" anlayışına inanmıram. Məncə, yazıb, yazıb, axırda yaxşı nəticə əldə etmək mümkündür."

Bu fikirlər onun yazı prosesinə yanaşmasının planlı və zəhmətə əsaslandığını göstərir. Yazıçının ilhamı gözləməkdənsə, davamlı və sistemli şəkildə işləməyə üstünlük verdiyi aydın şəkildə görünür.

İrvinq Stoun 26 avqust 1989-cu ildə vəfat edib.

Onun irsi bu gün də bir çox oxucular tərəfindən maraqla qarşılanır və öyrənilir. O, təkcə tarixi şəxsiyyətləri oxucuya tanıtdırmaqla kifayətlənməyib, həm də onların həyatlarını, düşüncə tərzlərini və zamanla mübarizələrini ədəbi bir üslubla təqdim etməyi bacarıb. Bioqrafik ədəbiyyatın inkişafında və populyarlaşmasında onun rolu danılmazdır.

# 1278 dəfə oxunub

Oxşar xəbərlər

Mirələm Mirələmova ağır itki

Mirələm Mirələmova ağır itki

18:25 5 iyun 2026
Riçard Gir Tramp haqqında: "O, manyakdır!"

Riçard Gir Tramp haqqında: "O, manyakdır!"

17:00 5 iyun 2026
Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur

Con Lennonun rəsmləri "Beatles" muzeyində nümayiş olunur

16:22 5 iyun 2026
Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı

Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı

15:53 5 iyun 2026
Şah İsmayılın dostu, Sultan Səlimin əsiri - Miskin Abdal Çaldıran döyüşü haqqında hansı şeirləri yazmışdı?

Şah İsmayılın dostu, Sultan Səlimin əsiri - Miskin Abdal Çaldıran döyüşü haqqında hansı şeirləri yazmışdı?

15:40 5 iyun 2026
Şair Əşrəf Veysəlli vəfat etdi

Şair Əşrəf Veysəlli vəfat etdi

13:08 5 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər