Bu gölün yanında bir saat dayananlar ölür – FOTOLAR

Bu gölün yanında bir saat dayananlar ölür – <span style="color:red;">FOTOLAR
31 may 2018
# 11:38

Yer kürəsinin iqlimi sürətlə dəyişir. Planetin çirklənməsi haqqında alimlərin həyəcan təbili çalması sənaye cəmiyyətinin iddiaları, istehlak dünyasının ehtirasları içində eşidilməz olur.

Karbon qazı iqlim dəyişikliyinin yalnız bir səbəbidir. Daha ciddi problem metan qazıdır ki, o, təxminən 17 dəfə daha zəhərlidir.

Okeanda buzlaqların əriməsi ilə milyon il donmuş bitki şəklində gizlənmiş metan üzə çıxır. Qrenlandiyadakı 2,3 kub kilometr ölçülü buzlaqlar ərisə dünya okeanının səviyyəsi 7, 2 metr qalxacaq, yüzlərlə ən çox əhali məskunlaşmış şəhər suyun altında qalacaq. Hələlik bəlli deyil dünyadakı buz örtüyü neçə vaxta əriyə bilər, amma ən pisi odur ki, dünyanın ən böyük buzlağı – Antarktida artıq əriməyə başlayıb.

Son illər ərzində çoxlu miqdarda təhlükəli tullantılar atmosferə buraxılıb. Sənaye və energetika şirkətləri təbii resursları məhv edir, meşələri qırır və atmosferə ölümcül təhlükəli tullantılar atır. Dünyada artıq elə yerlər yaranıb ki, oranı necəsə xilas etmək mümkün deyil, sadəcə zamana buraxıb dua etmək qalır.

Kulis.az yer kürəsinin məhv olmuş yerləri haqqında məlumatları sizə təqdim edir.

Qanada yerləşən Aqboqbloşi. Bura elektron tullantılar zibilxanasıdır. Tullanan elektronik əşyaların böyük bir hissəsi Hananın iri daim yanan zibilxanasındadır. Burada civənin miqdarı ABŞ-dakından 45 dəfə çoxdur. Hananın 250 mindən çox vətəndaşı insan sağlamlığı və həyat üçün təhlükəli şəraitdə yaşayırlar. Xüsusən bu zibilxanada metal axtararaq zibil qurdalamaq kimi işdə işləyənlər...

Rusiyanın Norilsk şəhərindəki metallurgiya və kömür mədənləri buranı planetin ən çirkli yerlərindən birinə çevirib. Nə zamansa bu yerlərdə xalq düşmənləri üçün düşərgələr olardı, indisə qütb dairəsinə görə ikinci şəhərdir. İlk kömür mədəni burada 1930-cu ildə yaranıb. O zaman heç kim ekologiya haqqında düşünmürdü. Norilsk dünyanın ən iri metaləritmə kompleksi olan şəhəridir. Bu kompleks hər il atmosferə iki milyon tona yaxın kükürd dioksidi buraxır. Norilsk mədənçiləri dünyadakı orta insan ömrü normasından 10 il daha az yaşayırlar. Bu Rusiyanın ən çirklənmiş ərazisidir. Burada hətta qar da kükürd dadı verir və qara rəngdədir. Kükürd dioksidi insanlarda ağciyər xərçəngi yaradır.

Nigeriyanın Niger çayının deltası dünyanın daha bir çirklənmiş ərazisidir. Hər gün buradan iki milyon barrelə yaxın neft çıxarılır. Bunun 240 mini Niger çayının deltasına axır. 1976-cı ildən 2001-ci ilədək yeddi mindən çox neftin çaya axıdılması hadisəsi baş vermişdi. 2013-cü ildə aparılan araşdırmaya görə, neftin çaya axması taxıl bitkilərinə böyük təsir göstərmişdir ki, bu da uşaqlarda həzm pozğunluğunun 24 faiz artmasına səbəb olmuşdu. Neft tullantılarının digər nəticələrinə də xərçəng və sonsuzluq deyirlər.

Argentinanın sənaye tullantıları Matansa-Riaçella çayını zibillə elə çirkləndirib ki, oradakı təbii bulaqlar belə istifadəyə yararsız haldadır. Diareya, respirator və onkoloji xəstəliklər çayın sahilində yaşayan 20 min əhalidə 60 faiz təşkil edir.

Banqladeşin Xazaribax bölgəsi dəri istehsalı ilə ixtisaslaşıb. Banqladeşin qeydiyyatdan keçmiş dəri fabriklərinin 95 faizi Dəkkənin bir rayonu olan Xazaribaxda yerləşir. Burada dəri istehsalında artıq köhnəlmiş və qadağan olunmuş metodlardan istifadə edirlər. Çaya 22 min kubolitr toksik kimyəvi maddələr axıdılıb. Tullantıların tərkibində olan altıvalentli xrom dəri xərçəngi, respirator xəstəliklər yaradır. Sakinlər dəridə qaşınmalar, ürəkbulanma göynəmə kimi hallara artıq öyrəniblər.

İndoneziyanın Tsitarum bölgəsi də sənaye və məişət tullantıları ilə zəngindir. Çaydakı civənin miqdarı Amerikanın ətraf mühitinin mühafizə agentliyinin standartlarını min dəfələrlə aşır. İndoneziyanın paytaxtı Cakarta da 10 milyondan artıq insan məskunlaşıb. Tsitarum çayı boyunca sənaye və məişət tullantıları müxtəlif zəhərli zibil kimi çaya axıdılır. Xoşbəxtlikdən ölkə hakimiyyəti çayın təmizlənməsi məsələsində təşəbbüsü ələ aldılar, Asiya inkişaf bankından alınan beş yüz milyon dollar həcmində kreditin məhz buna sərf olunması nəzərdə tutulub.

Rusiyanın Dzerjinsk vilayəti kimyəvi istehsalla məşhurdur. 1930-cu ildən 1998-ci ilədək şəhər və şəhər ətrafına 300 min ton kimyəvi tullantı atılıb. 2007-ci ildə Dzerjinsk Ginnesin rekordlar kitabına planetin ən zəhərli şəhəri kimi düşdü. Sudan alınan nümunələrdə normadan min dəfə artıq fenol və dioksinlər tapılıb. Bu maddələr xərçəng və əlillik yaradan xəstəliklərə səbəb olur. 2006-cı ildə qadınların orta ömrü 47, kişilərin isə 42 yaş təşkil edib.

Ukraynanın Çernobıl şəhərində atom elektrik stansiyasında qəza tarixin ən dəhşətli nüvə qəzasıdır. Qəza nəticəsində Xirosima və Naqasakidəki atom bombasından yüz dəfə artıq radiasiya yayılıb. 20 ildən artıqdır ki, şəhər boşdur. 4 min hadisədən artıq qalxanvari vəzin xərçəngi və yeni doğulmuşlardakı mutasiya fəlakətin nəticəsidir.

Yaponiyada “Fukusimi Daiçi”də atom elektrik stansiyasında qəza planetə təhlükə olan daha bir hadisədir. 2011-ci ilin 11 martında güclü zəlzələ nəticəsində 15 metr hündürlüyü olan Sunami “Fukusima”dakı üç reaktorun dondurucu blokunu örtdü. 280 min tondan artıq kimyəvi tullantılı su elektrostansiyada qalıb. 100 min tondan artıq çirkli su isə reaktorların zirzəmisindədir. Qəzanı aradan qaldıranlar ora robotlar göndərməyə cəhd etdilər, lakin robotlar ora yaxınlaşanda əridilər. Burada yaşayan insanlar xərçəngin ən müxtəlif növləri ilə xəstələnmək riski altındadır. Ümumdünya səhiyyə təşkilatının bəyanatına görə, bura dünyanın ən çirklənmiş məkanıdır. Uşaqlıqda şüalanmaya məruz qalmış uşaqların arasında qalxanvari vəzin xərçənginə tutulma riski 70 faiz təşkil edir. Qadınların süd vəzi xərçənginə tutulma riski isə 76 faiz təşkil edir.

Rusiya ərazisindəki Karaçay gölü dünyanın ən çirkli yeri hesab olunur. Bu göl nüvə silahları üçün komponentlər istehsal edən, nüvə yanacağı üçün izotoplar işləyib qoruyan “Mayak” İstehsalat Birliyinin yaxınlığında yerləşir. “Mayak” 1950-ci ildən başlayaraq axıb Karaçay gölünə tökülən çaya tullantı buraxır. Bu məkan 1990-cı ilin ortalarınadək gizli saxlanılıb. İstehsalat zamanı bir neçə dəfə atom qəzası baş verib, zəhərli maddələr gölə tökülüb. Hakimiyyət bu faktı Çelyabinsk əhalisində leykemiya hallarının 40 faizə, anadangəlmə qüsurların 25 faizə, xərçəngin 20 faizə yüksəlməsindən sonra etiraf etməli oldu. Məkanın çirkliliyi haqqında isə bir təcrübə faktı hər şeyi deyir: gölün kənarında bir saat dayanmaq insanın ölümünə bəs edəcək səbəbdir.

# 1133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #