Daha bir qadın Polanskini zorlamada ittiham edib

Daha bir qadın Polanskini zorlamada ittiham edib
16 avqust 2017
# 11:15

Daha bir qadın rejissor Roman Polanskinin onu zorladığını bildirib. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə qadının adı Robindir.

Qadının sözlərinə görə hələ 16 yaşında olanda Polanski onu zorlayıb.

Qadının vəkili Qloriya Olred bildirib ki, hadisə 1973-cü ildə, Cənubi Kaliforniyada baş verib. Vəkil qeyd edib ki, Robin hadisənin təfərrüatlarını açıqlamaq fikrində deyil.

Robin rejissorun bütün qalan ömrünü həbsxanada keçirəcəyindən qorxduğu üçün o vaxt bunu gizlədibmiş. Polanskini zorlamada ittiham edən başqa bir qadın məhkəmə işini bağlamağı dövlətdən istəyəndən sonra Robin bu hadisə haqqında danışmaq qərarına gəlib.

Roman Polanski 1977-ci ildə aktyor Cek Nikolsonun evində 13 yaşlı Samanta Qeymarı zorlamaqda ittiham olunur. Rejissor ittihamı qəbul etsə də Fransaya qaçır, hələ də ABŞ məhkəməsi tərəfindən axtarışdadır.

Bu ilin aprel ayında Los-Anceles məhkəməsi Polanskinin Qeymarla bağlı haqqında cinayət işinin bağlanması barədə verdiyi ərizəni rədd edib.

# 1266 dəfə oxunub

Müəllifin son yazıları

# # #