Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur
3 noyabr 2026
# 18:04

Qədim Misirdə mumiyaların üzərinə yerləşdirilən və fövqəladə realistik cizgiləri ilə diqqət çəkən Fəyyum portretləri Romanın məşhur "Ara Pacis" Muzeyində açılan yeni ekspozisiyada sənətsevərlərə təqdim olunur.

Kulis.az xəbər verir ki, “Misir və Roma: Fəyyumun üzləri” başlığı altında təşkil olunan sərgi b.e. 1–3-cü əsrlərinə aid qədim insanların baxışlarını 2 min il sonraya — müasir dövrümüzə daşıyır.

Ağac panellər üzərində işlənmiş bu portretlər Misirin Roma İmperiyasının əyalətinə çevrilməsindən sonra yaranan unikal sintez mədəniyyətini — ellinistik rəssamlıq, Misir adət-ənənələri və Roma dəbinin qovuşmasını əks etdirir.

Ekspozisiyada portretlərlə yanaşı, mumiyalar, maskalar, xüsusi kəfənlər, bəzək əşyaları və mərmər büstlər də yer alıb.

Sərgidəki eksponatların böyük bir hissəsi ilk dəfə Misir hüdudlarından kənara çıxarılıb.

Onların arasında Qahirə Misir Muzeyindən gətirilən və imperator Adrianın dövrünə aid edilən məşhur "İki qardaşın tondosu" da var.

Qeyd edək ki, Luvr, Metropoliten və Qetti kimi dünyaşöhrətli muzeylərdən gətirilən bu nadir incilər mayın 2-dək Romada ziyarətçilər üçün açıq olacaq.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər