Terror necə sənətə çevrildi: 11 sentyabr inqilabı - Fotolar

Terror necə sənətə çevrildi: 11 sentyabr inqilabı - Fotolar
11 sentyabr 2019
# 15:29

2001-ci ilin 11 sentyabrı dünyanın gözü qarşısında baş verən terror aktı ilə yadda qaldı: Nyu-Yorkda beynəlxalq ticarət mərkəzi olan iki göydələnə terroristlər tərəfindən ələ keçirilmiş iki sərnişin təyyarəsinin çırpılması kadrları bu tarixi yaşamışların beyninə əbədi həkk olundu.

Terror aktında çoxu dinc sakin olmaqla üç minə yaxın insan həlak oldu.

İqtisadi və ekoloji ziyandan başqa Ticarət Mərkəzindəki sənət əsərləri də məhv oldu. Onların arasında ispan sürrelaisti Joano Mironun qobolenləri, Ogüst Rodenin və Aleksandr Koldenin heykəlləri, Roya Linxşteynin əsərləri vardı.

11 sentyabr hadisəsi sənətə çox güclü təsir göstərdi. Əkiz göydələnlərə təyyarələrin çırpılması və qüllələrin çökməsi müdhiş bir görüntü olaraq, sənət və gerçəklik mövzusunda təsəvvürləri dəyişdi.

Bəstəkar Karlxaynts Ştokhauzen 11 sentyabrı “Böyük sənət əsəri” adlandırdı. O, bəyan etdi ki, bu möhtəşəm performansdır və bundan sonra rəssamların etdikləri performanslar maraqlı olmayacaq. Bu fikirlər sənət nəzəriyyəçiləri arasında çox ciddi qəbul olundu.

11 sentyabrdan sonra “Art terrorizm” ifadəsi daha tez-tez işlənməyə başladı - Art terroristlər terror metodu ilə (zəif qorunan məkanlarda adamlarda təəccüb və şok yaradacaq əsərlərlə normaları pozmaq) işləyən küçə sənətçiləridir.

11 sentyabr sənətə həm də mövzu olaraq təsir göstərdi. Kulis.az “11 sentyabr” hadisəsinə həsr olunmuş sənət nümunələrini təqdim edir:

Art Terrorist küçə sənətçisi Benksinin Nyu York küçəsində "11 sentyabr hadisəsi"nə həsr olunmuş kompozisiyası

11 sentyabr terroru qurbanlarının xatirəsinə həsr olunmuş, əkiz qüllələri andıran işıq kompozisiyası.

Franko Castelluççi: Pyeta. 11 sentyabr.

ABŞ heykəltəraşı Erik Blumun 11 sentyabrın ilk şahidlərinə həsr etdiyi abidə

Fritz Koenig'in "Kürə" əsəri, Dünya Ticarət Mərkəzindəki 9/11 hücumlarından möcüzəvi şəkildə xilas olan bürünc tunc heykəl.

"Terror və faciə dövrü: 11 sentyabr 2001," Graydon Parrish. KreditR.J. Fil

Zurab Tsereteli. "Dünya terrorizminə qarşı mübarizə abidəsi "

Volf Fon Venkeviç. "Matəm evi. 9/11"

11 sentyabrda öldürülən State İsland sakinlərinə həsr olunmuş açıqcalar. 279 ədəd.

Serhat Tanyolacarın “11 sentyabr”a həsr olunmuş "Öpüş." əsəri öpüşmə fiqurlarına bənzər iki ənənəvi İslam geyimləri (cübbə) təqdim edir. "Niyyətim insanları düşünməyə vadar etmək, müsbət, ictimai şüura çağırmaqdır” .

# 2041 dəfə oxunub

Müəllifin son yazıları

# # #