Böyük proyekt müəllifinin müəmmalı ölümü

Böyük proyekt müəllifinin müəmmalı ölümü
28 oktyabr 2016
# 12:02

Kulis.Az Fuad Rüstəmzadənin “Atlantropa proyekti” yazısını təqdim edir.

Aralıq dənizi həmişə indiki kimi olmayıb. Tarix boyu okeanla əlaqələrini bir neçə dəfə itirib, izolyasiya olunmuş hövzəyə çevrilib. Dənizə tökülən çaylar buxarlanmanı kompensasiya edə bilmirdi deyə, dəniz demək olar ki, tam quruyurdu. Eləcə də, Sahara səhrası gördüyümüz kimi olmayıb. Alovlanan səhranın yerində gözəl təbiəti olan ərazi var idi. Herbert Uells adlı yazıçı, publisist və fantast öz yaradıcılığı ilə bütün dünyada hər kəsi ilhamlandırdığı əsərlərində yazırdı ki, Aralıq dənizi yaxın keçmişdə qurumuşdu. Təxminən 25–30 min il əvvəl, neandertal adamların yaşadığı dövrdə. Alimlər indi bir az fərqli düşüncədə olsalar belə, Uells alman filosofu və arxitektoru Herman Zörqeli Avropa və Afrikanı birləşdirən proyektinə imza atır.

Proyektin ilk versiyası 90 il əvvəl yaranmışdı, 1927-ci ildə. İlk versiyada adı Panropa idi, amma o yetəri qədər işlənilməmişdi deyə, 1929-cu ildə Atlantropa adlı yeni proyekt meydana gəlir. Üç böyük A proyekti - Amerika, Asia, Atlantropa.

Proyektin detalları

Zörqel deyirdi ki, Cəbəllütariq boğazının qarşısını damba ilə kəsib dənizin okeanla olan əlaqəsini kəsmək lazımdır. Digər damba ilə isə, Dardanellanın qarşısını almaq lazım idi. Variant kimi, Siciliyanı Afrika ilə birləşdirmək də var idi. Belə olan halda buxarlanma Xəzər dənizindən 3 dəfə daha çox olacaqdı və Aralıq dənizinin 20 faizi quruyacaqdı. Azad olan ərazi 600 min kvadrat kilometr təşkil edəcəkdi. Bu isə iki İtaliya boyda ərazidir. Heç kimə məxsus olmayan belə ərazi, insanlara yaxşı kömək edə bilərdi.

Eksperiment dənizlə bitmirdi. İkinci hissə səhraya aid idi. Planda Sahara səhrasını Aralıq dənizinin suyu ilə yaşıllaşdırmaq və süni Sahara dənizi yaratmaq var idi. Konqo çayının basseynini su ilə batırmaq ilə isə, Konqo dənizi yaratmaq olar və beləliklə yeni su hövzəsi Aralıq dənizində qurudulan sudan 1.5 dəfə daha çox olacaqdı.

Müharibəyə qarşı Texnoutopiya

İki müharibənin arasında yaranmış proyekt, Avropanı gözləyən gələcəkdən onu xilas edə bilərdi. Zörqel deyirdi ki, şərqə doğru istiqamətlənərək xalqlarla müharibə edib ərazilər zəbt etməkdənsə, cənuba doğru istiqamətlənərək təbiətlə mübarizə aparıb yeni ərazilər əldə etmək olar. Zörqle arzulayırdı ki, onun edəcəyi dəyişikliklər ilə Afrikada iqlim daha yumşaq olacaq və avropalılar rahatlıqla orada yaşaya biləcək. Beləliklə Afrika və Avropa xalqları iqtisadi , mədəni və elmi sahələrdə birləşib inkişaf edəcəklər. Zörqelin düşüncəsinə görə, bütün Avropa xalqları öz aralarında olan bütün problemləri unudub bu proyektlə məşğul olmalı idilər. Çünki heç bir ölkə tək başına bu proyekti reallaşdıra bilməzdi.

Zörqelin planlarından afrikalıların xəbəri yox idi. O, Afrikada yaşayanları öz yazılarında qeyd etmirdi və bununla afrikalılara qarşı laqeyd olduğunu göstərirdi. Bu Afrika ilinə qədər davam etmişdi. Daha sonra Zörqel dəfələrlə planlarında dəyişikliklər edir. Adolf Hitler hakimiyyətə gəldiyi dövrdə onun köməyinə ümid edərək öz məqalələrində Hitlerdən sitatlar belə gətirirdi. Hitlerin planları isə fərqli idi və hətta bir müddət Zörqelə məqalə yazmağa qadağa da etmişdilər.

Müharibədən sonra Zörqel yenə aktivləşir. 1948 –1950-ci illər arasında Atlantropaya həsr olunmuş 183 məqalə çıxır. Onu dəstəkləyən intellektualların və sənayeçilərin sayı da dəfələrlə artmışdı. Yeni torpaqların verəcəyi xeyirdən yararlanmaq istəyənlərdən tutmuş, bəşəriyyətin gələcəyini düşünənlərə qədər. Nə qədər dəstəkləyən olsa da, proyekti həyata keçirmək üçün pul tapılmırdı.

4 Dekabr 1952-ci ildə Zörqel Atlantropaya aid növbəti mühazirəsini deməyə getdiyində avtomobil qəzasına düşür və dünyasını dəyişir. Qəzada günahkar olanlar isə tapılmır.

# 1060 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #