Xocalı, 25 il Sənsiz!

Xocalı, 25 il Sənsiz!
28 fevral 2017
# 14:07

Xocalı faciəsinə əsl tarixi və hüquqi qiyməti, ilk dəfə Ulu öndər Heydər Əliyev vermişdir. 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı faciəsinin bəşər tarixində qara ləkə kimi qalacağını bildirən və ona bütün insanlığa qarşı cinayət kimi qiymət verən Prezident Heydər Əliyev hər il 26 fevral, saat 1700-ı sükut dəqiqəsi elan etmişdir.

Dünya tarixində bir çox faciələr baş vermiş, kədərli hadisələr yaranmışdır. Xocalı hadisəsini yalnız faciə adlandırmaq olmaz. Xocalı hadisəsi erməni vandalları tərəfindən Azərbaycana, onun xalqına, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədi, insanlıq qətl edildi.

Xocalı Dağlıq Qarabağın ən mühüm, böyük hərbi əhəmiyyəti olan şəhərlərindən biri idi. Qarabağda yeganə hava limanı burda yerləşirdi. Xocalı, həm də xalqımızın ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən biri idi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətliam başladı. Həmin gün 613 nəfər azərbaycanlı qətlə yetirildi, 1275 nəfər Xocalı sakini girov götürüldü.

Xocalı hadisəsi tariximizə yalnız faciə və soyqırımı olaraq yazılmamışdır. Xocalı həm də qəhrəmanlıq səlnaməsidir. Qeyri-bərabər döyüşlərdə azərbaycanlılar təpədən dırnağa qədər silahlanmış vəhşilərə qarşı sonadək mübarizə apardılar.

Xocalıda yaşananlar unudulmamış və hər il silsilə tədbirlər keçirilməkdədir. Bu tədbirlərdən biri də A.Hüseynzadə adına 20 №-li məktəb-liseydə direktor Yaqut Məmmədovanın və məktəbin müəllim kollektivinin iştirakı ilə “2 Ы” sinfinin rəhbəri Samirə Hacıyevanın təşəbbüsü ilə 24.02.2017-ci il tarixində keçirilmiş “Xocalı 25 il Sənsiz!” mövzusunda açıq dərsdir.

Xocalı soyqırımına həsr olunmuş açıq dərs Xocalı qurbanlarının ruhunun 1 dəqiqəlik sükutla anılması ilə başlandı.

Tədbirdə şagirdlər öz ifalarında faciənin ağırlığını şeir və səhnəciklər vasitəsi ilə yüksək səviyyədə kövrələrək ifa etmişlər. Qasımzadə Kənan, Eyvazlı Məryəm, Ağazadə Ceyhun, Haşımzadə Nicat, Muradzadə Mirağa, Balakişiyeva Şəhla, Hacıbəyli Nilufər, Qafarzadə Aytac, Əliyeva Aliyə, Hüseynli Əkbər dərs zamanı xüsusilə fərqlənmişdirlər.

Şagirdlərdən Umudov Mehdi, Həmidova Ayan, Baxışova Olya, Əlizadə Əkbər, Əhmədov Haday, Məmmədzadə Suel, Mamedov Mamed, Rıtko Sofiya, Sadıxzadə Malik, Məmmədov Məhəmməd, Kərimli Ramal Xocalı soyqırımı qurbanlarımızın kiçik səhnəciklə yaşanan ağrı- acılarının azda olsa, təəssüratını yaratmışdılar.

“2 Ы” sinfinin rəhbəri Samirə Hacıyeva sözlərinə görə açıq dərsin Xocalı mövzusunda keçirilməsində məqsəd faciə qurbanlarının xatirəsini yad etmək, şagirdlərdə Ulu Öndərimizin davamçısı olan möhtərəm Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə olan inamı möhkəmləndirməkdir.

Şəlalə Tahirli

# 1186 dəfə oxunub

Müəllifin son yazıları

# # #