“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”

“Uzaq şəhər”in “Alya”sı: “Bir-birimizə çox öyrəşmişik...”
20 iyun 2025
# 17:00

Azərbaycanda da tamaşaçı rəğbəti qazanmış sevilən “Uzaq şəhər” serialının baş rol ifaçısı Sinem Ünsal İstanbul aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Kulis.az xəbər verir ki, tanınmış aktrisa serialdakı partnyoru Ozan Akbaba haqqında “Möhtəşəm birisidir, bir-birimizə çox öyrəşmişik. Ailəlikcə birlikdə çox gözəl vaxt keçiririk. ” deyib.

Qeyd edək ki, “Uzaq şəhər”in “Alya”sı serialla bağlı tamaşaçılardan böyük dəstək aldığını bildirib: “Sağ olsunlar, möhtəşəm mesajlar gəlir. Çox xoşbəxt oluram. Tamaşaçıların bu qədər dəstəklədiklərini və ürəkdən sevdiklərini bilmək mənə güc verir”.

# 141 dəfə oxunub

Müəllifin son yazıları

# # #