“Üç Ayaqlı Pişik” adlı 18-ci İstanbul Biennalesi başlandı

“Üç Ayaqlı Pişik” adlı 18-ci İstanbul Biennalesi  başlandı
20 sentyabr 2025
# 10:50

Bu gün “Üç Ayaqlı Pişik” adlı 18-ci İstanbul Biennalesi başlayır.

Kulis.az xəbər verir ki, biennale Bəyoğlu-Karaköy ərazisindəki 8 fərqli məkanda 23 noyabra qədər ödənişsiz ziyarət oluna biləcək.

Kurator Kristina Tohmenin rəhbərliyində keçirilən bienale üç illik mərhələli proqramla həyata keçiriləcək.

47 beynəlxalq rəssamın iştirak etdiyi sərgidə Treysi Emin, İpək Duben və Selma Selman kimi sənətçilər yer alır.

Qeyd edək ki, açılış həftəsində performanslar və film nümayişləri tamaşaçılara fərqli mövzularda sənət təcrübəsi yaşadacaq.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər