“The Professor and the Madman” romanının müəllifi vəfat etdi

“The Professor and the Madman”  romanının müəllifi vəfat etdi
6 noyabr 2026
# 13:28

Dünya qeyri-bədii ədəbiyyatının tanınmış müəlliflərindən biri, jurnalist Saymon Vinçester vəfat edib.

Kulis.az xəbər verir ki, 82 yaşında dünyasını dəyişən yazıçı xüsusilə “The Professor and the Madman” kitabı ilə beynəlxalq şöhrət qazanmışdı.

1944-cü ildə Londonda doğulan yazıçı karyerasına geoloq kimi başlayıb, daha sonra jurnalistikaya keçib. O, uzun illər “The Guardian” qəzetinin müxbiri kimi çalışıb, Şimali İrlandiyadakı münaqişələrdən "Voterqeyt" qalmaqalına qədər bir sıra mühüm hadisələri işıqlandırıb.

1998-ci ildə yayımlanan “The Professor and the Madman” kitabı müəllifin dünya miqyasında tanınmasını təmin edib. Əsərdə Oksford İngilis dili lüğətinin yaradılması prosesi, eləcə də layihədə iştirak edən, lakin ağır psixi problemlər yaşayan bir alimlə bağlı hadisələr araşdırılır. Kitab 2019-cu ildə Mel Gibsonun baş rolda çəkildiyi bədii filmə də uyğunlaşdırılıb.

Winchesterin digər məşhur əsərləri arasında “Krakatoa”, “The Map That Changed the World” və “The Perfectionists” kitabları yer alır. Onun yaradıcılığı tarix, elm, coğrafiya və insan talelərini geniş oxucu kütləsi üçün anlaşıqlı dillə təqdim etməsi ilə seçilirdi.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər