Teatrın baş rejissoru niyə işdən çıxır? - Açıqlama

Teatrın baş rejissoru niyə işdən çıxır? - Açıqlama
5 sentyabr 2023
# 14:30

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov işdən azad olunması barədə Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.

Kulis.az APA-a istinadən xəbər verir ki, buna səbəb Qurban Məsimovun yeni layihələrlə məşğul olmasıdır.

Mədəniyyət naziri Adil Kərimli hələlik ərizəni təsdiq etməyib.

Qeyd edək ki, 2013-cü ildən teatrda baş rejissor vəzifəsini icra edən Qurban Məsimov il ərzində bir çox tamaşaların hazırlanmasında rol oynayıb. Rejissor ona gələn yeni təkliflə bağlı işdən getmək istədiyini bildirib.

# 1426 dəfə oxunub

Müəllifin son yazıları

# # #