“Tanrının otağı” filminin posteri yayımlandı

“Tanrının otağı”  filminin posteri yayımlandı
25 sentyabr 2025
# 11:20

Azərbaycan Respublikası Kino Agentliyinin keçirdiyi 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə keçən “Tanrının otağı” filminin posteri yayımlanıb.

Kulis.az xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb. Bildirilib ki, film, 1988-ci ildə Ermənistandan Azərbaycana köçməyə məcbur olan qadının mübarizəsi, humanizmi, düşdüyü çətin vəziyyətə baxmayaraq, insanlığı üstün tutan Reyhanın həyatından bəhs edir.

Filmin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, prodüseri Ziya Ağa, operatoru Daniel Quliyev, quruluşçu rəssamı Vüqar Qurbanov, işıq ustası Ruslan Menyayev, qrim rəssamı Güney Əjdərova, icraçı prodüseri Firudin İbrahimbəylidir. Filmdə Azərbaycanın Xalq artisti Şükufə Yusupova, Əməkdar artist Nargilə Qəribova və Oktay Mehdiyev çəkilirlər.

Pitçinq mərhələsindən sonra filmin tizeri də ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Nicat Dadaşov Rüstəm İbrahimbəyovun təsis etdiyi Kino məktəbinin məzunu və ssenari yaradıcılığı üzrə R.İbrahimbəyovun tələbəsidir.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər