Azərbaycan Moldovanın etnomədəni festivalında

Azərbaycan Moldovanın etnomədəni festivalında
25 sentyabr 2025
# 11:45

Moldovanın paytaxtı Kişineuda Stefan Çel Mare adına mərkəzi parkda “Müxtəliflik vasitəsilə birlik” Etnomədəni Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə ölkəmizi Moldova Azərbaycanlıları Konqresi təmsil edib. Azərbaycan guşəsində zəngin milli irsimizə aid xalçalar, ənənəvi bəzək və məişət əşyaları, milli mətbəximizdən nümunələr təqdim olunub, Moldova-Azərbaycan münasibətlərinə dair fotosərgi nümayiş etdirilib.

Azərbaycan diasporunun guşəsini Moldova Respublikasının Prezidenti Maya Sandu, Millətlərarası Münasibətlər Bürosunun baş direktoru Vyeçaslav Ryabçinski, Kişineu merinin səlahiyyətlərini icra edən İlie Çeban ziyarət ediblər. Onlara Azərbaycan diasporunun fəaliyyəti, təqdim olunan eksponatlar və mədəni irsimiz barədə geniş məlumat verilib.

Festivalda “Xarı Bülbül” həftəsonu məktəbinin şagirdlərinin ifasındakı milli rəqslərimiz tamaşaçıların rəğbətini qazanıb.

Qeyd edək ki, hər il sentyabr ayının üçüncü bazar günü baş tutan festivalda müxtəlif xalqlar və etnik qruplar öz milli mədəniyyətlərini, adət-ənənələrini, musiqi və rəqslərini, mətbəxlərini, sənətkarlıq nümunələrini tamaşaçılara təqdim edirlər.

# 1306 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Aslan Fətullayev vəfat etdi

Aktyor Aslan Fətullayev vəfat etdi

15:39 10 noyabr 2026
Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

Qadınlara qarşı cinsi zorakılıqda təqsirləndirilən aktyorun cəzası açıqlandı

15:27 10 noyabr 2026
"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

"Booker" ədəbiyyat mükafatının qalibi bəlli oldu

14:48 10 noyabr 2026
Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

Tanınmış aktyor "Ceyms Bond" roluna namizəd göstərildi

13:30 10 noyabr 2026
“Alatoranlıq” filminin  serialı çəkiləcək

“Alatoranlıq” filminin serialı çəkiləcək

11:47 10 noyabr 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

10:44 10 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər