Ruh və maddə münasibətləri, ölüm hesab edilən həddin sərhədləri və qeyb aləmi kimi mistik mövzular Finlandiya Milli Qalereyasının "Ateneum" İncəsənət Muzeyində açılan "Şimal qadınları və ezoterizm" sərgisinin əsas ideya xəttini təşkil edir.
Kulis.az xəbər verir ki, latın dilində "gizli bilik" və "şimal" mənalarını verən bu sərgi Şimal ölkələri və Skandinaviyanın yerli xalqı olan Samilərin bölgəsindəki qadın sənətkarların ezoterizm, ruhaniyyət və alternativ bilik sistemləri ilə əlaqəsinə həsr edilmiş ilk böyük muzey layihəsidir.
Sərgidə Hilma af Klint, Tayra Klin və Tuve Yansson kimi dünyaca tanınmış rəssamlarla yanaşı, incəsənət tarixində kölgədə qalmış 50 qadın sənətkarın 200-dən çox işi təqdim olunur.
Muzeyin baş kuratoru Mariya Lahelmanın sözlərinə görə, uzun illər incəsənət tarixində ezoterizm və okkultizm yalnız kişi rəssamların fərdi dahiliyi üzərindən araşdırılıb; bu sərgi isə diqqəti qadın yaradıcılığına, ruhani kollektivliyə və nəsildən-nəslə ötürülən sənətkarlıq ənənələrinə yönəldir.
Tekstil, keramika, vitraj və mozaika kimi sənət növlərini əhatə edən ekspozisiya, həmçinin ruhlarla əlaqə quraraq yaradılan əsərləri və Sami xalqının ənənəvi "duodji" el sənətini də izləyicilərə təqdim edir.
Qeyd edək ki, sərgi 2027-ci il fevralın 28-dək ziyarətçilər üçün açıq olacaq.