Rusiyanın Xalq artisti kəllə-beyin travması aldı

Rusiyanın Xalq artisti kəllə-beyin travması aldı
20 noyabr 2023
# 15:20

Rusiyanın Xalq artisti Vladimir Nosik kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Kulis.az "mk.ru"ya istinadən xəbər verir ki, 75 yaşlı aktyor yolda yıxılıb və başı asfalta dəyib.

Aktyor açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, Vladimir Nosik “Ən cazibədar”, “Gələcəkdən gələn qonaq” filmlərində oynadığı rollarla məşhurlaşıb.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

# # #