Rəngkarlıq Muzeyində ustad dərsi keçiriləcək

“Özünü kəşf et” ustad dərsləri

“Özünü kəşf et” ustad dərsləri

29 yanvar 2022
# 15:10

Böyüklər üçün nəzərdə tutulan “Özünü kəşf et” ustad dərslərinin növbəti tədbiri fevralın 2-də Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.

Kulis.az xəbər verir ki, ustad dərsi Gülarə İsrafilovanın iştirakı ilə “Abstrakt portret” mövzusuna həsr ediləcək.

Xatırladaq ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.

# 1371 dəfə oxunub

Müəllifin son yazıları

# # #