Qüdsdə nadir tapıntı: 2600 illik...

Qüdsdə nadir tapıntı: 2600 illik...
11 avqust 2025
# 14:00

Qüdsdə aparılan qazıntılar zamanı 2600 illik gil möhür aşkarlanıb.

Kulis.az xəbər verir ki, birinci Məbəd dövrünə aid edilən möhürdə qədim ivrit dilində “Asayahunun oğlu Yedayahya məxsusdur” sözləri yazılıb və üzərində barmaq izi qalmaqdadır.

Möhürün həmin dövrdə bütpərəst adətləri ləğv etmək üçün vəzifələndirilmiş kral rəsmisinə aid olması ehtimal edilir.

Arxeoloqlar tapıntının nadir və tarixi baxımdan mühüm olduğunu bildiriblər.

Qeyd edək ki, tədqiqatçılar adın Yəhuda kralı Yoşiyanın dövründəki məmurlardan biri ilə bağlı ola biləcəyini düşünürlər.

# 166 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər