Qarabağlı rəssam Nadir Əbdürrəhmanov - Sevinc Əliyeva

Qarabağlı rəssam Nadir Əbdürrəhmanov - Sevinc Əliyeva
7 may 2024
# 14:00

Kulis.az Sevinc Əliyevanın "Qarabağlı rəssam Nadir Əbdürrəhmanov" yazısını təqdim edir.

Mədəniyyət mərkəzi olan Qarabağın füsunkar təbiəti, meşələrin, dağların, axan çayların və bulaqların gözəlliyi əsrlər boyu incəsənət xadimlərimizin diqqət mərkəzində olmuşdur. Və burada hər zaman sənət adamlarına hörmətlə yanaşılmışdır. Elə Azərbaycanında ən böyük incəsənət xadimləri şairlər, yazıçılar, rəssamlar bu torpaqlarda dünyaya göz açmış, yaşayıb yaratmışlar

Qarabağda dünyaya göz açmış sənətkarlar sırasında Nadir Əbdürrəhmanovun adınıda qeyd etmək lazımdır. Nadir Əbdürrəhmanov 1925- ci ildə Laçın rayonunun ucqar kəndində anadan olmuşdur. Rəssamın atası Qənbər ağa burada səhiyyə şöbəsinin müdiri olmuşdur. Nadir Əbdürrəhmanovun atası tibb sahəsində səylə çalışmış və övladınında bu sahədə təhsil alıb çalışmasını istəyirdi. Beləliklə Nadir Əbdürrəhmanov atasının istəyini həyata keçirərək tibb sahəsində təhsil alır. O, Bakı Tibb İnstitunun müalicə işi fakültəsində daxil olur. Lakin təhsil aldığı müddət ərzində incəsənətə olan marağı zəifləməmişdir. Incəsənətə, rəsmə olan maraq onda uşaq yaşlarından yaranmışdır. Nadirin təbiəti qavraması, dərk etməsi şübhəsiz ki, uşaqlıq təəssüratlarından yaranmışdır. Rəssamın uzunmüddətli Laçın-Şuşa-Bakı səfərləri onun yaddaşında müxtəlif mənzərələrin, təsvirlərin yaranmasına gətirib çıxatrmışdır. Öz doğma torpaqlarında Bakıya köçən ailəni təmamilə fərqli, şəhər həyatı gözləyirdi. Beləliklə, onlar Bakida Çəmbərəkənd ərazisindəki birotaqlı mənzildə yaşayırlar. Uşaqlıq yaşlarından rəsmə olan marağı nəticəsində anası bu kiçik mənzilin evinin döşəməsində təbaşirlə balaca Nadirə şəkil çəkməsinə icazə vermişdi. Yaxın qohumu olan gələcəyin tanınmış heykəltəraşı Cəlal Qaryağdı ilə birlikdə eskizlər hazırlayırdı. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur. O, bir çox məşhur rəssamlardan (Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə) dərs almışdır.

Nadir Əbdürrəhmanov özünü incəsənətin müxtəlif janrlarında sınamışdır. Misal olaraq sənaye mövzularını, portretləri, müxtəlif tarixi və müasir mövzulara həsr olunmuş kompozisiyalarını və mənzərə əsərlərini qeyd etmək olar. Onun yaradıcılığında mənzərə janrını xüsusilə vurğulamaq lazımdı. Lirik əhval-ruhiyyəli mənzərələr rəssamın müxtəlif illərə aid olan yaradıcılıq axdarışlarının məhsuludur. Rəssamın öz dilindən olan qeydlərində deyilir:

“Uşaq yaşlarımdan Laçın və onun ətrafinda olan dağ rayonlarına səfərlər edirdim. Bu səfərlər nəticəsində təbiət qoynunda yaşayan insanların həyatını, gündəlik məşğuliyyətlərini, isdirahətlərini müşahidə edirdim. Bu cür səfərlərim tələbəlik illərində də edir və bu mənzərələri təsəvvürümdə tez-tez canlandırırdım.” Eyni zamanda rəssam səfərləri zamanı bir çox etüdlər çəkdiyinidə qeyd etmişdir. Nəticədə Nadir Əbdürrəhmanov hələ uşaqlıq vaxtlarından bəri yaddaşında qalan bu təsvirləri kətan üzərinə köçürtmək qərarına gəlir. Və 1965-ci ildə “Dağlarda alaqaranlıq” əsərini yaradır. Dağlarda keçirdiyi səyahətləri, gəzintiləri rəssamın təəssüratlarında çox yaxşı qalmış və səfərləri zamanı çəkdiyi etüdlərdəndə istifadə edərək bu möhdəşəm əsəri yaratmışdır. Biz əsərdə Qarabağın əsrarəngiz təbiətinin mənzərəsini, dağların əzəmətinin, sükutunun təsvirini görürük. “Dağlarda alaqaranlıq” əsərində insanla doğma təbiət arasında olan bağlılığı hiss edirik. Rəssam öz qəhrəmanlarını axşam çağı istirahət zamanı təsvir etmişdir. Xanımlardan biri profildən xalça üzərində əyləşmiş , digəri isə fasdan siması tamaçıya doğru yönəldilmiş şəkildə əlində gül çiçəkləri ilə təsvir olunub. Arxa fonda isə əzəmətli dağların ətəyində heyvanların təsvirini verilmişdir. Əsərdə biz bu torpaqlarda yaşayan insanların təkrarlanan gündəlik həyatını və buna baxmayaraq öz əhəmiyyətini, dəyərini itirməyən gözəlliyi görürük. “Dağlarda alaqaranlıq” əsəri Milli İncəsənət Muzeyində qorunub saxlanılır.

Nadir Əbdürrəhmanov “Dağlarda alaqaranlıq” 1965-ci il, kətan, yağlı boya.

Rəssam Qarabağı xüsusi doğmalıqla canlandırırdı. Və tablolarında təbiət fon rolunu oynamırdı. Qarabağlı rəssamın öz doğma torpağına şəxsi münasibət aydın sezilir. Əbdülrəhmanovun əsərlərini tanımamaq və ya başqası ilə səhv salmaq mümkün deyil. Onun mənzərə rəsmlərində landşaf özünəməxsusluğu ilə seçilir. Bu cür mənzərələrə nümunə olaraq “Laçın” tablosunu gösdərmək olar. Əsərdə biz qarlı dağların ətəyində təsvir olunmuş evləri görürük. Kənd tikililəri sanki yuxarıdan, hündürlükdən təsvir edilmiş və aydın, uzaq rakus özünü gösdərirdi. Qarlı qış fəslində təsvir olunmuş bu əsərin koloritidə diqqəti cəlb edir. Belə ki, rəssam evlərin təsvirində rəngli çalarlardan istifadə edərək əsərə canlılıq qatmışdır. “Laçın” tablosu 1965- ci ildə yaradılmış, Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılmaqdadır.

Azərbaycan torpaqlarını qarış-qarış gəzib, əsrarəngiz gözəlliklərini təsvir edən Nadir Əbdürrəhmanov daim yaradıcılıq səfərləri edərdi. Bölgələrimizin təbiəti, təbii gözəllikləri, adət-ənənələri rəssamın tablolarının əsas mövzusudur. Qarabağlı rəssam Nadir Əbdürrəhmanovun yaradıcılığında Zəngilan rayonunun füsünkar təbiətinin təsviridə yer almışdır. Rəssamın belə əsərləri sırasında 1969-cu ildə çəkilmiş “Zəngilan” adlı tablosunu qeyd etmək olar. Tablo qarışıq texnikada işlənilmiş və rəssamın ailəsinin kolleksiyasında saxlanılır. Əsərdə ilk öncə diqqətimizi əzəmətli, hündür dağların təsviri cəlb edir. Bununla yanaşı təbiətin gözəlliyi və rəngarəngliyidə sənətkar tərəfindən məharətlə təsvir edilmişdir.

Qarabağı əsrarəngiz təbiətini, adət- ənənələrini əks etdirən növbəti mənzərə əsəri isə 1973-cü ildə çəkilmiş “Minkənd” əsəridir. Dövlət Rəsm Qalereyasında saxlannılan bu tablo rəssamın şah əsərlərindən biridir. Və tabloda Minkənddə yerləşən bazar təsviri canlandırılmışdır. Minkəndə yaxın bütün kəndlərin sakinləri ticarət üçün bu məşhur bazara üz tutardılar. Əsərin koloriti isə xüsusilə diqqəti cəlb edir. Narıncı-qızılı tonların üstünlük təşkil etdiyi bu tabloda kəskin konturlar verilmişdir.

Rəssamın sevimli torpağına, onun insanlarına həsr etdiyi növbəti mənzərə əsəri isə “Laçın dağlarında axşam” adlı əsəridir. Sənətkar bu əsəri 1980-ci illərdə işləmişdir. Və bu tabloda şəxsi kolleksiyada saxlanılır. Nadir Əbdürrəhmanov uca dağların ətəyində bu torpaqlarda yaşayan insanların adi həyatından, gündəlik məşğuliyyətdən görüntünü təsvir etmişdir. “Laçın dağlarında axşam” əsərinin koloriti isə xüsusilə diqqəti cəlb edir. Biz tabloda ağ, əsasən də mavi tonların müxtəlif calarlarından məharətlə istifadə edildiyini görürük.

Şəkilin açıqlaması yoxdur.

Nadir Əbdürrəhmanov “Laçın dağlarında axşam” 1980-ci il.

Nadir Əbdürrəhmanovun növbəti məşhur əsərləri sırasında “Zəngilanın üzüm bağları” adlı mənzərə əsərini göstərmək olar. Əsərdə XX əsrin əvvəllərində yaşamış rəssamlarda olduğu kimi çoxtərəfli görünüş xarakterikdir. Biz əsəri təhlil etdikdə ilk növbədə diqqətimizi əzəmətli uca dağlar və dağların ətəyindəki kənd evləri tutur. Ön plan isə çətinliklə sezilir. Və rəssamın yaradıcılığında əsas qəhrəmanlar olan sadə, zəhmətkeş insanların təsviri yer alıb. “Zəngilanın üzüm bağları” əsərində biz göy rəngin müxtəlif tonlarından istifadə edildiyini görə bilərik. Əsərin quruluşu olduqca maraqlıdır. “Zəngilan üzüm bağları” adlı əsərində rəssam mükəmməl kompozisiya yaradıcısı kimi çıxış edir. Əsər 1983-cü ildə yaradılmış Milli İncəsənət Muzeyinin kolleksiyasına daxildir.

Azərbaycan rəssamlıq sənətində Qarabağ etüdlərii

Nadir Əbdürrəhmanov “Zəngilanın üzüm bağları” 1983-cü il, kətan, yağlı boya.

Nadir Əbdürrəhmanovun əsərləri nəiki, Azərbaycanda, bir çox xarici ölkələrdə də fərdi sərgisi təşkil olunub. Ancaq rəssam həmişə qeyd edərdi ki rahat və xoşbəxt çalışdığı illər yalnız öz torpağında Qarabağ dağlarında olub. Rəssam təbiətə möhkəm qırılmaz bağlarla bağlanmışdı. Və təsadüfi deyil ki, qarabağlı rəssamın yaradıcılığının əksəriyyətini məhz dağlar təşkil edir.

Nadir Əbdürrəhmanov əsərlərində uşaqlıq illərindən xatırladığı Azərbaycanın dilbər guşəsi olan Qarabağı- Laçını, Şuşanı, Zəngilanı təsvir edib. Torpaqlarımızın işğalını sənətkarımız öz şəxsi faciəsi kimi qəbul edirdi. Təəssüf ki, 2008-ci ildə vəfat etmiş Nadir Əbdürrəhmanov torpaqlarımızın işğaldan azad edilməsini görə bilməmişdir.

# 1355 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #