Pop ulduzu Martin Skorsezenin filmində

Pop ulduzu Martin Skorsezenin filmində
28 oktyabr 2026
# 16:00

Pop ulduzu Çarli XCX musiqi karyerasından sonra kino sahəsində də diqqət çəkən addımlar atır.

Kulis.az xəbər verir ki, müğənni Martin Skorsezenin “What Happens at Night” adlı yeni filmində kiçik rolla tamaşaçıların qarşısına çıxacaq.

Qotik atmosferli psixoloji qorxu filmi Skorsezenin son illərdəki ən maraqlı layihələrindən biri hesab olunur. Ekran əsərində Leonardo Di Kaprio və Cennifer Lourens evli amerikalı cütlüyü canlandırırlar. Onlar övladlığa uşaq götürmək üçün kiçik Avropa şəhərinə yollanırlar. Lakin cütlük məqsədinə çatmağa çalışdıqca ətraflarındakı insanlar və baş verən hadisələr getdikcə daha müəmmalı görünməyə başlayır.

Filmin aktyor heyətində Mads Mikkelsen, Patrisiya Klarkson və Cared Harris də yer alır. Çarli XCX-nin iştirakı isə onun musiqidən kinoya keçidinin davam etdiyini göstərir. Müğənni bundan əvvəl də kino layihələrinə qatılıb və yeni rollarla aktyorluq imkanlarını genişləndirməyə çalışıb.

Filmin nümayiş tarixi hələ açıqlanmayıb.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər