Özbəkistan universitetində Şirvani adına auditoriya açılıb

Özbəkistan universitetində Şirvani adına  auditoriya açılıb
19 may 2025
# 16:35

Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universitetində Seyid Əzim Şirvani adına auditoriya yaradılıb.

Kulis.az xəbər verir ki, auditoriyanın rəsmi açılış mərasimindən sonra çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Azərbaycan ilə Özbəkistan arasında qədim tarixi köklərə əsaslanan mədəni, ədəbi, elmi və iqtisadi əlaqələrin inkişaf dinamikasına toxunub.

Yaradılmış auditoriyanın təkcə tədris otağı kimi deyil, eyni zamanda Azərbaycan mədəniyyətini öyrənmək üçün bir elmi-tədqiqat mərkəzinə çeviriləcəyini, burada tədbirlərin, kitab təqdimatlarının, seminarların, mühazirələrin təşkil ediləcəyini və ən əsası da gələcəkdə Azərbaycan dili və ədəbiyyatının tədrisini nəzərdə tutularaq yaradıldığını vurğulayıb.

Qeyd edək ki, auditoriyada Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığına dair materiallar, elmi mənbələr, fotoşəkillər və şairin yaradıcılığından nümunələr yer alıb.

# 109 dəfə oxunub

Müəllifin son yazıları

# # #