Nurəddin Mehdixanlı: "Aktyorlar üçün, nəinki ayrıca qəbiristanlıq salmaq..."

Nurəddin Mehdixanlı:  "Aktyorlar üçün, nəinki ayrıca qəbiristanlıq salmaq..."
19 aprel 2023
# 11:30

“Aktyorları yaşatmaq, onların daha uzun yaşaması üçün çalışmaq lazımdır, nəinki ayrıca qəbiristanlıq salmaq".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı Xalq artisti Afaq Bəşirqızının aktyorlar üçün ayrıca qəbiristanlıq yaradılması ilə bağlı təklifinə də münasibət bildirərkən deyib.

"Hər birimiz üçün qəbiristanlıqlarda 2 metr tapılacaq, bu problem deyil. Bu gün Azərbaycan teatrının daha ciddi problemləri var, onunla məşğul olmaq lazımdır”, - deyə sənətçi qeyd edib.

musavat

# 1619 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #