Niderland “Avroviziya”da yenidən iştirak edəcək

Niderland “Avroviziya”da yenidən iştirak edəcək
24 sentyabr 2026
# 16:30

“AVROTROS” yayımçı qurumunun İsrailin iştirakı və Qəzzadakı müharibə ilə bağlı narahatlıqları səbəbindən yarışmanı boykot etməsinə baxmayaraq, Niderland 2027-ci ildə "Avroviziya" Mahnı Müsabiqəsində iştirak edəcək.

Kulis.az xəbər verir ki, ölkənin müsabiqədə iştirakının məsuliyyətini Niderland İctimai Yayım Təşkilatı öz üzərinə götürəcək.

Təşkilatın media direktoru Yurre Bosman belə bir dövrdə bu Avropa tədbirinin tərkib hissəsi olaraq qalmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, İsrailin iştirakına etiraz olaraq İrlandiya 2027-ci ildə də yarışmanı boykot edəcəyini açıqlayıb, İspaniya isə bənzər qərarı nəzərdən keçirir.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər