“Nəsildən-nəslə teatr” layihəsi davam edir

“Nəsildən-nəslə teatr”  layihəsi davam edir
31 oktyabr 2024
# 11:52

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsi davam edir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində keçiriləcək tematik seminarların “Dramaturgiya: əvvəldə söz var idi” adlı paneli 4 noyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kiçik səhnəsində baş tutacaq.

Panelin qonağı yazıçı, dramaturq İlqar Fəhmi gənclərlə dramaturgiya sənətinin sirləri, nəzəri-praktiki əsasları, yeni yaradıcı tendensiyalar, postmoderniz-postdramatizm fəlsəfəsi müstəvisində teatr və mətn kimi mövzularda fikir mübadiləsi aparacaq. Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, teatra müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

Giriş sərbəstdir!

# 449 dəfə oxunub

Müəllifin son yazıları

# # #