Naxçıvanda "Şərur yallısı" haqqında film çəkilir

Naxçıvanda "Şərur yallısı"  haqqında film çəkilir
26 noyabr 2025
# 16:58

Naxçıvanda Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə yeni film çəkilir.

Kulis.az xəbər verir ki, ekran əsəri qədim xalq oyunu olan "Şərur yallısı"na həsr olunub.

Filmin rejissoru Orxan Cabbarovdur.

Layihə Şərur bölgəsinin zəngin mədəni irsini, yallının ritual və sosial mənalarını, eləcə də bu ənənənin müasir dövrdə yaşadılma formasını sənədli və bədii üslublarını tamaşaçılara təqdim etməyi məqsəd qoyur.

Qeyd edək ki, filmin çəkilişləri Naxçıvan şəhərində və muxtar respublikanın müxtəlif bölgələrində həyata keçiriləcək.

# 240 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər