#

Metyu Perrinin ölümündə günahlandırılan həkim ittihamları qəbul etdi

Metyu Perrinin ölümündə günahlandırılan həkim ittihamları qəbul etdi
4 oktyabr 2024
# 10:52

“Dostlar” serialındakı Çandler Binq obrazı ilə məşhurlaşan Metyu Perrinin ölüm xəbəri ilə bağlı şübhələr qısa müddətdə bütün dünyaya yayılıb.

Kulis.az xəbər verir ki, 2023-cü ilin oktyabrın 28-də Malibudakı evində cakuzidə ölü tapılan 54 yaşlı Perri ketaminin kəskin təsiri səbəbindən dünyasını dəyişib.

Qanında ketamin olan aktyorun daha sonra cakuzidə boğularaq öldüyü bildirilib.

Los-Anceles polisi aktyorun ölümü ilə bağlı araşdırmalara başlayıb və hadisə ilə əlaqəsi olduğu güman edilən 5 nəfər, o cümlədən iki həkim və aktyorun şəxsi köməkçisi saxlanılıb.

Perrinin ölümünə görə məsuliyyət daşıdığı düşünülən iki həkimdən biri olan Mark Çaves rəsmi olaraq günahını etiraf edib. Çərşənbə günü, oktyabrın 2-də məhkəmədə Çaves ketamin tədarükü ittihamı ilə özünü təqsirli bilib.

50 min dollar girov müqabilində azadlığa çıxan Çavesi 10 ilə qədər həbs gözləyir.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #