Mərakeşlə mədəni əməkdaşlıq müzakirə olunub

Mərakeşlə mədəni əməkdaşlıq müzakirə olunub
8 may 2025
# 10:00

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.

Kulis.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib.

Adil Kərimli iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib.

2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə isə Bakıda Mərakeş Mədəniyyəti Günləri keçirilib. Uzun fasilədən sonra yenidən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

# # #