Kişilər gözlərinə niyə sürmə çəkirlər? - Ramazan adətləri

Kişilər gözlərinə niyə sürmə çəkirlər? - Ramazan adətləri
10 aprel 2024
# 10:00

Kulis.az müxtəlif ölkələrdə mövcud olan Ramazan bayramı adətləri ilə bağlı yazını təqdim edir.

Ramazan ayı İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar.

Ramazan ayının gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-Kərim nazil olub. Həmin gecə "qədr" və ya "əhya" gecəsi adlanır.

Orucluq ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar.

Məhəmməd peyğəmbər buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar. Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.

QMİ Ramazan bayramı namazının saatlarını açıqladı

Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.

Orucluğun başa çatdığı gün fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Ramazan adətləri ölkələrinə görə fərqlənir.

İndoneziyada “Wayang Golek” adəti var. Bu, əyləncəli kukla tamaşasıdır.

İftardan sonra ictimai yerlərdə və yarmarkalarda çalınan “Wayang Golek” Ramazan gecələrinin unudulmaz məqamlarındandır.

150+ Wayang Wayang Kulit Indonesia Puppet Stock Photos, Pictures &  Royalty-Free Images - iStock

Həmçinin, İndoneziyada "Padusan" adəti var. Bu, bir növ təmizləmə ritualıdır. İnsanlar çay, göl, su quyusu kimi yerlərdə yuyunur və təmizlənirlər. Bu yolla insanlar Allaha daha yaxın olduqlarına inanırlar. Bu ənənə sayəsində təkcə bədənin deyil, ruhun və zehnin da təmizləndiyinə inanılır.

Qırğızıstanda “Ca Ramazan” adlanan ənənəyə görə uşaqlar və gənclər Ramazan ayının 15-ci günündən sonra toplaşırlar. Onlar bir-bir atlı və ya piyada şəkildə küçələrdə dolaşır, bütün qapıları döyərək müxtəlif ölkəyə məxsus musiqi alətlərinin müşayiəti ilə dua və arzularla dolu bayatılar oxuyurlar. İnsanlar da onlara müxtəlif hədiyyələr verirlər.

Ramadan in Kyrgyzstan is a Season for Values, Tolerance, and Openness -  MINA News Agency

Yəməndə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkirlər. Yəmən kişiləri əsrlərdir Ramazanda Məhəmməd peyğəmbərin gözünə sürmə çəkmək ənənəsini davam etdirirlər. Yəməndə Ramazan ayı gələndə məscidlərin həyətində tez-tez sürməçilərə rast gəlmək mümkündür. Yəməndə Ramazan ayında, həmçinin evlərin rəngləyirlər. İmkanlı yəmənlilər evlərini rənglədiyi halda, imkansızlar divarlarını yumaqla kifayətlənir.

Kisah Ramadan Mahasiswa RI di Yaman, Sholat Tarawih Bisa 120 Rakaat

Pakistanda hələ Ramazan ayı gəlməmiş məscidlər, hüseyniyyələr təmizlənir, bəzənir. Ay Gecəsi adlanan Çaand Rat dövründə müsəlman ailələri yeni ayı gözləmək üçün açıq ərazilərə toplaşırlar. Təzə ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün “Mehndi” adlandırdıqları xına ilə əllərinə gözəl motivlər çəkirlər. Sonra isə həmin axşam yeyiləcək yeməkləri hazırlamağa başlayırlar. Burda mağazalar və marketlər səhərin ilk işığına qədər açıq olur. Ramazan ayında Pakistanda Celibi adlı desert növü camaat arasında paylanır. Ancaq Pakistanda Ramazan süfrəsi dedikdə ilk ağıla Pakora yeməkləri gəlir.

Ramadan will begin in Pakistan on April 14, science ministry announces |  Arab News PK

Misirdə yol kənarlarında, mağazalarda, evlərin eyvanlarında asılmış dəbdəbəli fənərlərə və rəngli kağız bəzəklərə rast gəlmək mümkündür. Ramazan çıraqları olaraq da bilinən fənərlər Fatimilər tərəfindən Misirə gətirilib. O vaxtdan bəri birlik-bərabərlik və xoşbəxtlik simvoluna çevrilən fənərlərdən misirlilər Ramazan ayında bu niyyətlərini gücləndirmək üçün istifadə edirlər. Misirlilər iftar süfrəsində süddə isladılmış xurma ilə iftar edirlər.

This Ramadan, food prices change Egypt's longstanding Iftar customs -  Al-Monitor: Independent, trusted coverage of the Middle East

Mərakeşdə iftar və sahurda zəngli saat rolunu oynayan Ramazan ənənələri var. “Naf” adlanan bu ənənə, xüsusən sahur vaxtı insanların oyanmasında şərait yaradır. Bu ənənəni saxlayanlar Ramazan ayının axırıncı gecəsində ay ərzində etdikləri xidmətin mükafatını alırlar. Qandora papaqları kimi ənənəvi Mərakeş paltarları geyilir.

Viaggio in Marocco durante il Ramadan: miti e realtà

Livanda “Midfa əl iftar” ənənəsi var. Bu ənənəyə görə, günün sonunda toplardan atəş açılaraq insanlara iftar vaxtı olduğu bildirilir. Bu ənənənin əslində, Misirdə yarandığı və hər şeyin hökmdarın topdan atəş açması ilə başladığı güman edilir. Bu gün Livanda hətta bu məqsədlə istifadə edilən xüsusi tarixi toplar saxlanılır.


Muslims, non-Muslims enjoying Ramadan festivities in Lebanon - Mehr News  Agency

# 1004 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #