Henri Kartye-Bresson Fondunun mükafatı təqdim olundu

Henri Kartye-Bresson Fondunun  mükafatı təqdim olundu
16 noyabr 2026
# 10:56

Henri Kartye-Bresson Fondu alman fotoqraf Volfqanq Tillmansı ömürlük nailiyyət mükafatına layiq görüb.

Kulis.az xəbər verir ki, noyabrın 9-da açıqlanan qərara əsasən, Tillmans fotoqrafiya sənətinin sərhədlərini genişləndirən yaradıcılığına görə 35 min avro dəyərində mükafat alacaq.

Onun əsərləri gündəlik həyat səhnələrindən eksperimental abstraksiyalara, gənclik mədəniyyətindən intim portretlərə qədər geniş mövzuları əhatə edir.

Fondun 2026-cı il “Latitudes” proqramının laureatı isə filippinli rəssam Poklong Anading olub. O, Batangas bölgəsində sualtı dalğıclıq ənənələrinin mədəni irsini araşdıran yeni layihə hazırlamaq üçün qrant əldə edəcək. Layihənin nəticələri Parisdəki Henri Kartye-Bresson Fondunda, Nyu-York Beynəlxalq Fotoqrafiya Mərkəzində və Filippində nümayiş etdiriləcək. Mükafat mərasimi Paris Fotoqrafiya Həftəsi çərçivəsində baş tutub.

# 55 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər