Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı

Ən qədim yazılı sülh sazişi kitabəsi tapıldı
22 sentyabr 2026
# 10:45

Het İmperiyasının paytaxtı Xattuşada aparılan arxeoloji qazıntılar zamanı bəşəriyyət tarixinin bilinən ən qədim yazılı sülh sazişi – Qadeş müqaviləsinə aid təxminən 3200 illik mixi yazılı kitabə aşkar edilib.

Kulis.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bu mühüm tapıntını 21 Sentyabr Beynəlxalq Sülh Günündə ictimaiyyətə açıqlayıb.

Böyükqala ərazisində tapılan və Akkad dilində yazılmış kitabə Het Kralı III Xattuşili ilə Misir Fironu II Ramzes arasında bağlanmış sazişin bir nüsxəsidir.

Qeyd edək ki, bir illik elmi araşdırmalardan sonra aşkarlanan mətnin qorunub saxlanılan sətirlərində iki dövlət arasında qaçqınların qaytarılması və insanların evlərinin dağıdılmaması kimi diplomatik öhdəlikləri tənzimləyən maddələr yer alır.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər