Ən məşhur rəsm əsərləri haqqında bilinməyən 8 maraqlı fakt

Ən məşhur rəsm əsərləri haqqında bilinməyən 8 maraqlı fakt
23 yanvar 2024
# 14:00

Kulis.az dünyanın ən məşhur 8 sənət əsəri haqqında maraqlı faktları təqdim edir.

1. “Mona Liza” - Leonardo da Vinçi

Mona Lisa - Leonardo da Vinci

Leonardo da Vinçinin ən məşhur əsəri olan "Mona Liza" haqqında çoxlu fərziyyələr var. Çoxları "Mona Liza"nın rəssamın avtoportreti olduğunu düşünsə də, rəsmdə ipək taciri Liza Gerardinin təsvir olunduğu deyilir. Son tədqiqatlar zamanı məlum olub ki, Mona Lizanın sağ gözündə 'L', sol gözündə 'S' və arxa fonda '72' yazılıb. Tədqiqatçılar bununla da rəsmdə dünyanın yaradılışını simvolizə edən “7” ilə qadın və kişi ikiliyini ifadə edən “2”nin vurğulandığı qənaətinə gəliblər.

2. “Sonuncu Şam yeməyi” - Leonardo da Vinçi

Son Akşam Yemeği - Leonardo da Vinci

Əsər haqqında çoxlu fərziyyələr var. Araşdırmaçılara görə, tablonun orijinalında İsanın ayaqları da təsvir olunub. Amma inşaat işçiləri tablonu muzeyə yerləşdirən zaman onun altında olan qapını düzəldərkən yalnışlıqla həmin hissəni kəsiblər. Digər tərəfdən burada İsanın əllərinin duruşunun 40 saniyəlik qısa bir melodiyaya aid olduğu da deyilir. Bəzilərinin fikrincə, əsərdə Yer kürəsindəki həyatın 21 mart 4006-cı ildə sona çatacağına dair çoxlu ipucları var.

3. “Qışqırıq” - Edvard Munk

Edvard Munch'un Ölümsüz Tablosu -Çığlık « Bilgiustam

"Mona Liza"dan sonra Qərbdə ikinci ən məşhur sənət əsəri olan "Qışqırıq" Fransanın Nitsa şəhərində çəkilmiş bir rəsmdir. O həm də 2012-ci ildə 119 milyon 922 min 500 dollara satılaraq hərracda satılan ən bahalı tablo kimi tarixə düşüb. Ehtimal olunur ki, rəssam təbiətin fəryadını əks etdirib. Həmçinin, əsərin 5 fərqli variantının olduğu və orijinalının isə ağ-qara olduğu bildirilir.

4. “Ulduzlu Gecə” - Vinsent van Qoq

Yıldızlı Gece - Vincent Van Gogh

Müasir incəsənətin məşhur nümayəndələrindən biri olan Van Qoqa məxsus olan bu əsər rəssam Fransada ruhi xəstəxanada olarkən çəkilib. Süni rənglərdən istifadə edilən əsərin rəssamın təxəyyülünün məhsulu olduğu düşünülür. Çünki Van Qoqun ruhi xəstəxanda qaldığı otaqdan gördüyü mənzərədə arxa planda kənd və kilsə kimi tikililər yer almayıb. Bu elementlərlə rəssamın məmləkəti Hollandiyanın memarlığını vurğulamaq istədiyi güman olunur.

5. “Mirvari Sırğalı Qız” - Yan Vermeer

İnci Küpeli Kız - Johannes Vermeer

“Şimalın Mona Lizası” kimi tanınan “Mirvari Sırğalı Qız” bir çox sirləri özündə birləşdirən əsərdir. Əvvəla, o dövrdə belə parlaq mirvarilər olmayıb. Digər tərəfdən, rəsmdəki sırğa qızın qulağına taxılmadan yuxarıda qalıb. Tədqiqatçılar arasında rəssamın tabloda məşuqəsini təsvir etdiyini deyənlər də var.

6. “Arnolfininin Evliliyi” - Yan van Eyk

Arnolfi'nin Evlenmesi - Jan van Eyck

1434-cü ildə çəkilən və əvvəllər Arnolfini ailəsinin təsvir olunduğu düşünülən əsər əslində, tamam başqa bir mövzudan bəhs edir. Əsərdə arxada asılan güzgünün hər şeyi görən Tanrı olduğu güman edilir. Güzgü üzərində latın dilində “Jan van Eyck was here” yazısı yazılıb. Əsərdə əsas personajlar güzgüdə görünən və həmin evliliyi pozmaq istəyən digər insanlardır.

7. “Yaddaşın davamlılığı” - Salvador Dali

Belleğin Azmi - Salvador Dali

İspan rəssamı Dalinin 1931-ci ildə çəkdiyi bu əsər sürrealizm cərəyanının ilk və ən mühüm nümunələrindən biridir. Ehtimal olunur ki, rəssam Günəşdə əriyən pendirdən təsirlənib və ağlına əriyən saat ideyası gəlib. Əsas mövzusu nisbilik nəzəriyyəsi olan bu əsər haqqında sənətçi heç bir açıqlama vermədiyi üçün əsərlə bağlı bir çox gizli məqamlar hələ də qalır.

8. “Kempbellin şorba qabları” - Endi Uorhol

Campbell'in Çorba Konserveleri - Andy Warhol

Endi Uorholu məşhur edən xüsusi əsərlərdən sadəcə biri olan bu əsərdə qutular arasındakı boşluqlar eyni görünsə də, elə deyil. Strafaret qəliblərindən istifadə edilməklə yaradılmış bu işdə qutular arasındakı boşluqlar incə cizgilərlə bir-birindən fərqlənir və illüziyanı göstərir. Bundan əlavə, 1962-ci ildə təqdim olunan bu əsər rəssamın konservləşdirilmiş şorbaların necə sərgilənəcəyini izah etmədiyi üçün buraxılış tarixinə uyğun düzülüb.

# 2744 dəfə oxunub

Müəllifin son yazıları

# # #