Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir
25 noyabr 2026
# 16:46

Ceyms Bond seriyasının 1981-ci ildə çəkilmiş “For Your Eyes Only” (“Yalnız sənin gözlərin üçün”) filmindəki məşhur təqib səhnəsi ilə yadda qalan “Citroen 2CV” modelinin xüsusi versiyası — 1987-ci il buraxılışı “2CV6 Charleston” İstanbuldakı Rəhmi M. Koç Muzeyinin klassik avtomobil kolleksiyasında nümayiş etdirilir.

Kulis.az xəbər verir ki, ilk dəfə 1948-ci ildə kənd ərazilərində qənaətcil və etibarlı nəqliyyat vasitəsi kimi təqdim olunan "Citroen 2CV" Rocer Murun canlandırdığı Bondun sarı rəngli avtomobillə təhlükəli təqibə qatıldığı səhnə sayəsində kino tarixinə düşüb.

Yeni Bond filminə rejissor Deni Vilnyovun rəhbərlik etməsi ilə bağlı hazırlıqlar fonunda bu modelə maraq yenidən artıb.

1980-ci ildə məhdud sayda seriya kimi buraxılan və 1981-ci ildən müntəzəm istehsal olunan "Charleston" versiyasının muzeydəki tünd qırmızı və qara rəngli 1987-ci il nümunəsi 602 kub santimetr həcmli, ikisilindrli bokser mühərriklə 29 at gücü hasil edir.

Dördpilləli mexaniki sürətlər qutusuna malik avtomobil maksimum 115 km/saat sürət yığa bilir.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər