Çanaqqalada tarixi kəşf: 8731 məzar tapıldı

Çanaqqalada tarixi kəşf: 8731 məzar tapıldı
13 yanvar 2026
# 17:20

Türkiyənin Çanaqqala şəhərinin Eceabat qəsəbəsində aparılan araşdırmalar zamanı Orta Asiya türk dəfn ənənələrinə oxşar 8 min 731 məzar aşkar edilib. Mütəxəssislər bildirirlər ki, Küçükanafarta Tarixi Türk Qəbiristanlığı Rumeliyə gələn ilk türklərin dəfn olunduğu əsas məkanlardan biridir.

Kulis.az xəbər verir ki, aparılan tədqiqatlar türk tarixi baxımından son dərəcə vacib bir faktı üzə çıxarıb.

Məzarlığın quruluşu və dəfn forması Orta Asiya türk dəfn ənənələri ilə paralellik göstərir.

Yaş analizləri və dövlət arxivlərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, Küçükanafarta Ahlat kimi türklərin tarix səhnəsində mühüm keçid məntəqələrindən biridir. Tapıntılar Rumeliyə gələn ilk türklərin məhz bu ərazidə dəfn edildiyini göstərir. Kəndə aid ən qədim sənədin 1475-ci ilə təsadüf etməsi isə həmin tarixdən daha əvvəl də bölgədə türklərin yaşadığını sübut edir.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər