Bu gün Nobel mükafatına layiq görülən Laszlo Krasznahorkai kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən  Laszlo Krasznahorkai kimdir? - DOSYE
9 oktyabr 2025
# 17:00

2025-cü il ədəbiyyat üzrə Nobel mükafatının qalibi macar yazıçı Laszlo Krasznahorkai oldu.

Bəs Laszlo Krasznahorkai kimdir və bu mükafata hansı əsərlərinə görə layiq görülüb?

Kulis.az yeni Nobel mükafatçısı, yazıçı Laszlo Krasznahorkai haqqında məlumatları təqdim edir.

Krasznahorkai 1954-cü ildə sosial təminat üzrə ekspert Julia Palinkas və hüquqşünas Dyord Krasznahorkainin ailəsində anadan olub. 1973-1976-cı illərdə Yozef Attila Universitetində hüquq təhsili alıb. Universitet illərində "Qondolat Könivkiado" adlı nəşriyyatda çalışıb.

László Krasznahorkai | WWW.YAZARLAR.AZ

***

1985-ci ildə ilk romanı "Şeytan tanqosu" nəşr olundu. Kitabın uğuru sayəsində o, tez bir zamanda macar ədəbiyyatının ən mühüm nümayəndələrindən birinə çevrildi. 1987-ci ildə o, ilk dəfə kommunist rejimi tərəfindən idarə olunan ölkəsinin hüdudlarından kənara - Qərbi Berlinə səyahət etdi. Orada bir il qaldıqdan sonra bir müddət Qərbi Avropada, ilk növbədə, Fransa və İspaniyada yaşadı.

László Krasznahorkai – Seagull Books

***

Onun ikinci romanı "Müqavimətin kədəri" Almaniyada böyük uğur əldə edib. Müəllif "Bestenliste" mükafatını qazanıb. 1990-cı illərin əvvəllərində ilk dəfə Çin, Yaponiya və Monqolustanda olunan müəllif sonrakı əsərlərində Uzaq Şərq fəlsəfəsindən təsirlənib.

Sátántangó, de László Krasznahorkai

***

O, məşhur macar rejissor Bela Tarr ilə çox yaxın dostdur. Krasznahorkai rejissorun demək olar ki, bütün filmlərinin ssenarilərini yazıb. 1988-ci ildə "İttiham" filmi ilə başlayan bu əməkdaşlıq 2011-ci ildə "Turin atı" filminə qədər davam edib.

Obra de László Krasznahorkai filmada por Béla Tarr ganha, afinal, uma  tradução no Brasil - Estadão

***

Ən məşhur əsərləri bunlardır:

"Şeytan tanqosu"

"Müqavimətin kədəri"

Müharibə və müharibə

"Seyobo buradan keçdi"

"Baron Venkxaym evə qayıdır"

“Hersht – 07769"

Turin atı

***

Krasznahorkai, precarietà dei punti fermi | il manifesto

Görkəmli rejissor Bela Tarr yazıçının "Turin atı" romanı əsasında eyniadlı film çəkib.

# 500 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər