Bu axmaq iftiralardan yoruldum! - Çingiz Abdullayevdən tənqidlərə etiraz

Bu axmaq iftiralardan yoruldum! - Çingiz Abdullayevdən tənqidlərə etiraz
12 may 2023
# 12:30

Saytlarda Xalq yazıçısı Çingiz Abdullayevin həkimləri sərt tənqid etməsi ilə bağlı xəbərlər tirajlanmaqdadır.

Sözügedən xəbərlərə görə, Çingiz Abdullayev tədbirlərdən birində çıxışı zamanı həkimlər haqqında bu sözləri deyib: "Həkimlərə inanmaq olmaz. Eləcə də avtomobil ustalarına inanmaq mümkün deyil. Həkimə gedirsən, min xəstəlik tapır. Bir dəfə sürücümü xəstəxanaya apardılar. Həkim dedi apendistin var. Yaxşı ki, yoldaşım dedi ki, yoxlamışam, səhv diaqnoz qoyulub, çıxın qaçın oradan".

Kulis.az xəbər verir ki, Xalq yazıçısı məsələyə şəxsi feysbuk hesabındakı paylaşımla aydınlıq gətirib.

O, artıq bu iftiralardan yorulduğunu qeyd edib: “Bu axmaq iftiralardan necə də yoruldum. Hamısı yalan. Həyat yoldaşım həkimdir. Ailəmizdə o qədər həkim var ki!. İndi mənim adımdan bütün həkimləri incidirlər".

# 1796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #