Azərbaycan yazıçısının hekayəsi İsrailin ədəbiyyat jurnalında

Azərbaycan yazıçısının hekayəsi İsrailin ədəbiyyat jurnalında
8 sentyabr 2023
# 14:50

Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış yazıçı Saday Budaqlının rus dilinə tərcümə olunmuş “Yağmursuz havalar” hekayəsi İsrailin “Artikl” ədəbiyyat jurnalında dərc olunub.

Kulis.az xəbər verir ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim edilən hekayənin tərcümə müəllifi, mərkəzin rus dili mütəxəssisi Püstə Axundovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası olan “Artikl” jurnalının səhifələrində Stiven Ceyms Kennet, Corc Oruell, Yusteyn Qorder, Stiven Kovi kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığı yer alır.

# 847 dəfə oxunub

Müəllifin son yazıları

# # #