Dövlət Tərcümə Mərkəzinin 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti cild – dünya şöhrətli Fransa yazıçısı Andre Moruanın “Seçilmiş əsərləri” kitabı nəşr olunub.
Kulis.az xəbər verir ki, kitaba yazıçının “Yad qadına məktublar” romanı, “Tufan”, “Fəslin çiçəkləri”, “Bacım, Ariadna...”, “Qızıl pulun qarğışı”, “Vəsiyyətnamə”, “Çərşənbə gününün bənövşələri”, “Bioqrafiya”, “Məşhurluğun yaranması” hekayələri, “Yaşamaq elminin dörd qaydası”, “Montendən Araqonadək”, “Marsel Prust”, “Anatol Frans” kimi məşhur ədiblər haqqında qələmə aldığı esse və ədəbi portretləri daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – tanınmış bədii tərcümə ustaları Hamlet Qoca, Mahir N.Qarayev və Nəriman Əbdülrəhmanlıdır.
Kitab yazıçının həyat, nikbinlik, bədbinlik, mütaliə, yazıçılıq peşəsi və s. haqqında qələmə aldığı dəyərli aforizmlərlə başlayır.