Xankəndidəki məşhur abidənin gizlinləri - Araşdırma

Xankəndidəki məşhur abidənin gizlinləri - Araşdırma
17 fevral 2021
# 09:03

Azərbaycanın əbədi və əzəli torpaqlarında məskən salmağa başlayandan sonra ermənilər bütün tarix boyu öz çirkin əməllərini həyata keçirmək üçün fürsət güdüb. Əllərinə keçən ilk fürsətdə isə tarixi saxtalaşdırıblar.

Dayanmadan davam etdirdikləri bu saxtalaşdırma əməliyyatlarında neçə-neçə tarixi abidələrimiz qurban oldu.

Hazırda işğaldan azad olunan Qarabağa daxil şəhərlərdə, rayonlardakı abidələrdə ermənilərin bu çirkin əməllərinin izləri ilə qarşılaşırıq.

27 il boyunca onlar Azərbaycan torpaqlarında bizim əcdadlarımıza - albanlara məxsus qədim Alban kilsələrinə, monastrlarına erməni xaçı yerləşdirərək, o abidələri erməni xalqının milli mədəni dəyərləri siyahısında göstərməyə cəhd edirlər.

Image result for biz və bizim dağlar

Bəzi abidələrdə isə restorvasiya işləri aparıb erməniləşdirirlər.

Onların tarixi saxtakarlığı bu əməllərlə kifayətlənmir.

Hələ sovet dövründə bir çox mühüm tikililərin, abidələrin tikintisində erməni ustalarının, memarlarının əməyindən geniş istifadə olunurdu. Bu da təbii ki, təsadüf deyil, mövcud rejimin məqsədyönlü siyasətinin bir parçası idi.

Ermənilərə aid bir daşın, bir divarın olmadığı qədim Azərbaycan torpaqlarında sonralar erməni ustalar guya qədimdən burda mövcud olan işarələr çəkirdilər. Qarabağlılar dəfələrlə öz evlərinin tikintisi zamanı daşlara gizlincə xaç oyan erməni ustaları bu saxtakarlıq üstündə yaxalayıb tikintidən uzaqlaşdırmışdılar. Erməni xaçının həkk olunduğu həmin evlər gələcəkdə həmin ərazilərin erməni xalqına məxsus olması haqqında saxta sənəd idi.

27 il sonra Qarabağ və əsir abidələrimiz erməni işğalından azad olundu. Məlum məsələdir ki, o torpaqlarda Xankənidinin girişində qoyulan “Biz və bizim dağlar” abidəsindən başqa erməni xalqına aid demək olar ki, tarixi əhəmiyyətli bir abidə yoxdur.

Abidənin hazırlanması və qoyulması ərəfəsində onun ilk adı “Nənə və baba” olub. Həmin dövrdə Azərbaycan hökuməti bu ada etiraz edib. Bu narazılığa baxmayaraq, ermənilər həmişə olduğu kimi yenə də Moskvada özlərinə havadar tapsalar da abidənin adını əvvəlki kimi “Nənə və baba” saxlamaq mümkün olmayıb. Moskvada niyə məhz belə adın qoyulması sualına ermənilər cavab verə bilməyiblər. “Biz və bizim dağlar” adının qoyulmasını isə belə əsaslandırıblar ki, Qarabağ uzunömürlülər məkanı olduğundan bu abidədə yaşlı insanlara h’sr olunur. Bu, ermənilərin Moskvaya cavabı olub. Əslində isə millətçi ermənilər “Biz və bizim dağlar” adında da Qarabağın onlara məxsus olmalarını tarixə sırımaq istəyiblər.

Tez-tez sosial şəbəkələrdə “Biz və bizim dağlar” abidəsinin kimə mənsubluğu mövzusunda müzakirələr aparılır. Bəziləri ermənilərə məxsusdursa sökülməsini istəyirlər.

Image result for zaur əliyev ağdam

Siyasi elmlər üzrə fəlsəfə doktoru, alim Zaur Əliyev abidənin 1967-ci ildə Azərbaycanın büdcəsindən ayrılan maddi vəsait hesabına tikildiyi üçün onun bizim abidə hesab olunduğunu deyir:

“Ümumiyyətlə ermənilərin yaşadığı bütün Azərbaycan ərazilərində bizim büdcəmizdən ayrılan vəsait hesabına tikilən, təmir olunan nə varsa hamısı Azərbaycanın maddi-mədəni dəyərləri hesab olunur. Bakıda da erməni sənətkarlarının tikdiyi evlər var. Bu o demək deyil ki, o evlər ermənilərə məxsusdur. Burda sadəcə bir fakt var ki, həmin abidəni erməni memar Sərkis Baqdasaryanın əl işidir. Mən həmin abidənin sökülməsinin qəti əleyhinəyəm. Ümumiyyətlə, heç bir abidəyə toxunmaq olmaz. Xaçları çıxartmaqla kifayətlənmək olar.”

Image result for biz və bizim dağlar

Zaur Əliyev abidənin qoyulmasının hansı zərurətdən doğduğuna da diqqət çəkib:

“1965-ci ildə ermənilər İrəvanda uydurma soyqrımın ildönümü ilə bağlı aksiya keçirir. Həmin aksiya zamanı iki azərbaycanlının başı kəsilir. O hadisədən sonra iki xalq arasında müharibə qığılcımları yaranmışdı. Amma sovet hakimiyyəti bunun qarşısını aldı. Həmin hadisədən sonra Xankəndidə yaşayan bir çox azərbaycanlı Şuşa və Bakıya köçdü. O dövrdə artıq Azərbaycanda gizli təşkilatlar yaranmışdı. O təşkilatlarda Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu var idi. Həmin dövr Cahid Cəlaloğlunun bayraq qaldırdığı dövrə də təsadüf edirdi. Azərbaycanda milli ideyanın formalaşması erməniləri qorxudurdu.

No photo description available.

Sizə bir fakt da deyim, həmin illərdə Azərbaycanda çəkilən “Sehrli xalat” filmində səslənən “Ayravana, ayravana çandrika” sözlərini ermənilər belə yozmuşdular ki, azərbaycanlılar İrəvanı almaq istəyir. Bir qrup erməni Moskvaya bununla bağlı məktub yollayıblar ki, azərbaycanlılar Qarabağı ermənilərdən təmizləmək istəyir. Azərbaycan isə belə bir niyyətdən uzaq olduğunu göstərmək üçün həmin abidənin Xankəndidə qoyulması üçün ermənilərə güzəştə getdi. Bütün maddi xərclər Azərbaycan büdcəsindən ödənildi.”

Abidənin nəyi simvolizə etməsi ilə bağlı mənbələrdə bir neçə versiyanın olduğuna diqqət çəkən Z.Əliyev deyir:

“Ermənilər 1965-ci ildən bəri abidənin tam olaraq nəyi simvolizə etdiyini aydınlaşdıra bilmirlər. Mən bir mənbədən oxumuşdum ki, onlar bu abidəni Stepan Şaumyanın simvolu kimi, bəzi mənbələrdə isə Tiqranın simvolu kimi təqdim edirlər. Onlar abidəyə erməni qadın və kişi simvolunu da verməyə çalışıblar. Sətiraltı mənası guya Tiqran və onun həyat yoldaşıdır.”

Tanınmış rəssam Yusif Mirzə isə deyir ki, həmin abidədə azərbaycanlıya məxsus heç bir element yoxdur. Amma buna baxmayaraq abidənin Azərbaycan ərazisindən silmək dünya qanunlarına zidd olar:

“Orda sırf erməni obrazları yaradılıb. Həmin abidə qoyulanda heç azərbaycanlıların fikrini də soruşmadılar. Mən Şuşada olanda ermənilər deyirdi ki, bizi sıxışdırırlar, yaşamağa icazə vermirlər. Buna görə də onlara o abidəni qoymaq üçün icazə verildi. Sırf erməni rəmzidir. Erməni qadın və kişinin obrazıdır. Abidə qırmızı tuğdan istifadə edilərək tikilib. Ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən də qırmızı tuğlardan, xaç daşlardan istifadə edirdilər. Onlar elə hesab edirlər ki, bu xaç daşlar ancaq etmənilərə məxsusdur. Tamamilə yanlışdır. Şahbulaq qalasına, Pənahəli xanın tikdiyi qalaya xaç yerləşdiriblər. Laçında Ağoğlan kilsəsində müasir erməni əlifbası ilə sözlər yazıblar. Bunlar hamısı saxtakarlıqdır. Və bu saxtakarlıq heç bir xalq baş ucalığı gətirmir. Ancaq mən hesab edirəm ki, hansısa abidəni sökmək, dağıtmaq bizə yaraşmaz. Bizə nə lazım idi? Torpaqlarımızı işğaldan azad etmək. Biz bunu bacardıq. Əsas da budur. Erməni isə bizim ölkənin vətəndaşı kimi orada yaşaya. Özlərinə xas abidələrinə də qoruya bilərlər.”

Image result for aydın mirzəzadə

Millət vəkili Aydın Mirəzadə isə 2010-cu ildə rus dilində yayımlanan "Xankəndi şəhəri - Azərbaycan mirvarisi" sərlövhəli məqaləsində adibdənin Azərbaycana mıxsus olduğunuq eyd edib. Deputat xatırladıb ki, 1967-ci ildə Xankəndi yaxınlığında, Əskəran rayonu ərazisində heykəltəraş Sarkis Baqdasaryanın "Biz və bizim dağlar" monumental abidəsinin açılışı olub:

"Abidə qısa zamanda həm yerli əhali, həm də Azərbaycan cəmiyyəti tərəfindən sevilib və hazırda Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi sayılır. Abidənin erməni əsilli heykəltəraş tərəfindən yaradılması onu avtomatik olaraq Ermənistanın mədəni sərvəti etmir. Abidə Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan ərazisində yaradılıb, ona görə də Azərbaycan mədəni sərvəti sayılır".

A.Mirzəzadə vurğulayıb ki, istənilən mədəniyyət abidəsi ərazisində yaradıldığı ölkənin sərvəti hesab edilir: "Bu prinsip bütün dünyada qəbul edilib və mübahisə doğurmur".

No description available.

# 9917 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #