Məşhur aktyor yeni seriala çəkilir

Məşhur aktyor yeni seriala çəkilir
17 iyun 2021
# 18:50

Rusiyalı aktyor Sergey Bezrukov yeni çəkilən "Casus" adlı serialda kəşfiyyatçı rolunu oynayacaq

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, çəkilişləri Moskvada başlanan səkkiz hissəli serialın ssenarisi xüsusi olaraq Sergey Bezrukov üçün yazılıb. Əsas qəhrəmanın ifası üçün Bezrukovdan başqa heç bir aktyor nəzərdə tutulmayıb.

Layihənin rəhbəri Vano Burduli serial barədə açıqlama verərək bildirib:

"İzləyicinin başqa ölkədə işləyən bir insana, yəni xainə simpatiya bəsləməsini istəyirik. Sergey Bezrukovun personajı bu işdə bizə kömək edəcək. Tamaşaçılar onu hər hansı bir rolda olsa, sevirlər. İrəlidə çox iş var və hələ bütün sirləri açmaq istəmirəm."

Serialın ilk çəkilişlər Moskvada hekayənin qəhrəmanının ailəsi ilə birgə yaşadığı bağ evində başlayıb.

# 1097 dəfə oxunub

Müəllifin son yazıları

# # #