İsa peyğəmbərin dövrünə aid bazarın qalıqları tapıldı

İsa peyğəmbərin dövrünə aid bazarın qalıqları tapıldı
8 yanvar 2020
# 16:51

Qüds şəhərində İsa peyğəmbərin dövründən qalma bazarın qalıqları aşkar olunub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Qüdsdə tapılan masa eramızdan əvvəl I əsrdə yağ və şərabın meyarını müəyyən etmək üçün istifadə edilib. Güman olunur ki, həmin ərazidə yerləşən bazar yaxınlıqdakı kilsəyə gələnləri bu nemətlərlə təmin edirdi.

Qüdsün şərqində yerləşən Davud şəhərinin Arxeoloji Parkında aparılan qazıntılar zamanı həmçinin onlarla çəki daşları tapılıb.

Mütəxəssislər bildiriblər ki, Qüdsün mərkəzi meydanında yerləşən, ticarət mərkəzlərindən biri olan bazarla yanaşı, ərazidə nəzarətçi məntəqəsi və digər tikililər mövcud olub.

# 1440 dəfə oxunub

Müəllifin son yazıları

# # #