Brilliant Dadaşova koronavirusa yoluxdu

Brilliant Dadaşova koronavirusa yoluxdu
7 sentyabr 2021
# 12:54

Xalq artisti Brilliant Dadaşova koronovirusa yoluxub.

Kulis.az xəbər verir ki, müğənni bu barədə İnstagram səhifəsində video paylaşıb. O bildirib ki, həkimlərin yazdığı müalicəni etmir:

"Mənə resept yazdılar, götürüb atdım kənara. Atın həkimlərin yazdığı dərmanları kənara. Üç vərəq dərman yazan həkimləri evdən qovun. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası, əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Ən əsas budur. Adi qrip kimidir. Sadəcə, hərarət çox olur. Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar".

Qeyd edək ki, qabaqcıl dünya ölkələrində, o cümlədən Azərbaycanda mütəxəssislər koronavirusa yoluxarkən həkimə müraciət etməyin vacibliyini qeyd edirlər.

# 1731 dəfə oxunub

Müəllifin son yazıları

# # #