ABŞ-ın nüfuzlu dərgisi rejissorumuzdan yazdı

ABŞ-ın nüfuzlu dərgisi rejissorumuzdan yazdı
15 sentyabr 2020
# 16:28

Amerikanın “Hollywod reporter” dərgisində Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi haqqında rəy dərc olunub.

Kulis.az Deborah Young-ın müəllifi olduğu həmin yazını təqdim edir.

“Kino sənətinin maneələr və dərin hisslərlə dolu yolunda irəliləyən və əksər hallarda özünə və anasına aid düşüncələrdən uzaqlaşmayan Azərbaycan rejissoru Hilal Baydarov “Səpələnmiş ölümlər arasında”(In Between Dying) bədii filmində öz baxışlarını əks etdirir. Filmi izləmək xoş olsa da, daim qaçışda olan, üz tutduğu yolun hər döngəsində ölümlə qarşılaşan bir gəncin hekayəsi məcazi mənada mənalı görünməyə bilər.

Azərbaycan-Meksika rejissorlarının birgə çəkdiyi (rejissorlardan biri Karlos Reyqadasdır) bu film Venesiya müsabiqəsindəki uğurlarından sonra festival hüdudlarından kənarda da öz yerini qazanacaq. Baydarov çəkdiyi silsilə sənədli filmlərdə öz həyatı və xatirələrini əks etdirmiş və onun izləyci kütləsi bir o qədər böyük deyil.

Son iki il ərzində üç sənədli filmə ssenari yazmış, prodüser və rejissorluq etdiyi – “Ana və oğul”, “Doğum günü və “Xurma harada yetişir”- filmlərin hamısında Məryəm Nağıyeva onun anası rolunu canlandırır və onun anası ilə münasibətləri öz əksini tapır. Bu filmdə də rejissor ana obrazından, ana ilə bağlı münasibətlərdən uzaqlaşmır. Film ananın- M.Nağıyevanın acizanə şəkildə divanda uzanaraq boya-başa çatdırdığı oğlu Davuddan (soyuqqanlı Orxan İskəndərli) çölə çıxıb onun üçün dərman alması, almasa ölər-deyə yalvarması ilə başlayır və bitir. Heç bir söz demədən, öz hərəkətinə haqq qazandırmadan oğlan anaya acıqlanır və öz işinə başlayır. Ekrana görünməyən, kadrarxası poetik düşüncələrə ciddi yanaşmaq və bu sözlərin mənasını, mahiyyətini başa düşmək lazımdır: “Heç vaxt üzünü görmədiyim arvadımı və oğlumu tapmaq üçün evdən getməliyəm”.

Qəhrəmanımız əvvəlcə bir qız yoldaşını motosikletinə mindirir və bir az “dərman”axtarmaq üçün yola düşürlər. Bu, tez bir zamanda Doktor adlı narkobaronla toqquşmaya gətirib çıxarır, Davud silah çəkib silahdaşını vurur. Bütün film boyu Doktorun onu təqib edən üç adamından qaçıb qurtulmağa çalışır. Bu təqibin mahiyyəti əvvəldə aydındır. Sanki xalq nağılını canlandıran Davud bir neçə qadınla qarşılaşdığı zaman qəribə hadisələr baş verir.Onun bu görüşləri bir insanın ölməsi və Davudun Dok-un adamlarının gəlməsindən bir neçə saniyə əvvəl səhnəni tərk etməsi ilə sona çatır. Hər dəfə bu adamlar patrona zəng vurur və onun haqqında hesabat verirlər. Bu insanlar mələkdir, yoxsa şeytan? Qəhrəmanımız onlara nifrət edir və əgər bu obrazlar acınacaqlı hekayəni canlandırmaq üçün komik və ya qeyri-bəşəri obrazlar kimi nəzərdə tutulublarsa, onları heç də komik hesab etmək olmaz.

Davudun ilk qarşılaşdığı insan beş ildir ki, tövlədə zəncirlənmiş bir qızdır (Kubra Şükürova). Qız ona xəbər verir ki, onu quduz it dişləyib. Atası gəlib Davudu tutmaq istəyəndə qız yaşlı kişini dişləyərək onu öldürür. Sonra Davud ağacın altında oturan bir qadından (Nərmin Həsənova) su alıb içmək üçün yol kənarında dayanır.Qadın ona ərinin sərxoş olduğu üçün evə getmək istəmədiyini və onu döyəcəyini söyləyir. Növbəti səhnədə biz onun ərini görürük. Şiddətlə onu sürükləməyə çalışarkən qadın onu bir daşla vurur.

Filmin bu hissəsinə qədər Davud və onu təqib edənlər onun cin olduğuna və getdiyi hər yerə özündən sonra ölüm gətirdiyinə əmindir. Məsələnin mahiyyəti isə bunun yaxşı və ya pis olmasıdır. Doktor Davudu insanların ruhunu cismindən azad edən peyğəmbər kimi görür. Gənc adamın konkret heç kimə istinad etmədən düşünür: “Mən özümü qana bulayıram ki, sən təmiz qalasan”. Bəlkə də bunu hələ dünyaya gəlməmiş oğluna deyir. Arxa planda qara paltarlı, qucağında körpəsini tutan örtüklü qadın və yanında kameraya baxan cilovlanmamış at bir neçə dəfə görünür. Bu, onun axtarışının xəyali obrazlarıdır, yoxsa özü ilə bağlı lazımsız düşüncələrdir? Bəzən ekranda görünən tərcüməsiz adların hər hansı bir məna kəsb edib-etmədiyi də bizdə maraq doğurur.

Davud sevmədiyi bir adamla evlənməkdən qaçan gəlinlik libasında olan bir gənc qadına (Rana Əsgərova) kömək edən zaman epizodun zorakılıqla bitirməsi yalnız zaman məsələsidir. Son görüşü isə həmin qara örtüklü qadınla baş tutur və bu da eyni dərəcədə müəmmalı olaraq qalır.

Ssenari müəllifi-rejissor-prodüser-montajçı Baydarov macarıstanlı rejissor Bela Tarr ilə birlikdə Sarayeva Film Akademiyasında təhsil almışdır və “Səpələnmiş ölümlər arasında” filmi orijinal ifadə tərzi sayəsində film təəssüratı buraxaraq rezonanas doğurur. Qəhrəmanın qısa, ölümcül qarşılaşmaları Kiarostami filminin xəyalı kimi çəkilmiş dağ yollarının son dərəcə poetik mənzərəsində baş verir. Lakin Eyşan Abbasov sənəti və Kənan Rüstəmlinin təsirli musiqisi mükəmməl bir şəkildə bir-birini tamamlayır.

Prodakşn şirkətləri: Ucqar Film, Splendor Omnia Studios, Louverture Films

Filmdə çəkilmişlər: Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Məryam Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Kamran Hüseynov, Samir Abbasov

Ssenari müəllifi, rejissor, montaj: Hilal Baydarov

Prodüserlər: Hilal Baydarov, Eyşan Abbasov, Karlos Reyqadas, Coslin Barns

İcraçı prodüser: Denni Qlover, Suzan Rokfeller

Quruluşçu-operator: Eyşan Abbasov

Musiqi: Kənan Rüstəmli

Məkan: Venesiya Film Festivalı(müsabiqə)

Dünya üzrə satış : Pluto Film

92 dəqiqə

Azərbaycan Kinematoqrafçılar İttifaqı

# 1747 dəfə oxunub

Müəllifin son yazıları

# # #