10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum oldu
25 sentyabr 2024
# 11:55

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2024) keçiriləcək.

Kulis.az xəbər verir ki, Sərginin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib.

Sərgi çərçivəsində 7 gün ərzində fəxri yazarların iştirakı ilə sərgi salonunda müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, xarici yazarlarla birgə panellərdə iştirak) təşkil olunacaq.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

# 158 dəfə oxunub

Müəllifin son yazıları

# # #