“Qəlbdən qələmə” Yay məktəbinin müsahibə mərhələsi başa çatıb.

“Qəlbdən qələmə” Yay məktəbinin müsahibə mərhələsi başa çatıb.
17 avqust 2021
# 18:42

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə Yay Məktəbinin müsahibə mərhələsi sona çatıb.

Kulis.az xəbər verir ki, layihəyə 73 nəfər ərizə verib. Seçim komissiyası tərəfindən 15 nəfər ikinci mərhələyə buraxılıb. 16 avqust tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisində ikinci mərhələyə buraxılan namizədlərlə müsahibə keçirilib.

Təşkilatçılar bildiriblər ki, verilmiş ərizələr arasında hazırlıqlı və peşəkar yanaşmalar çox olduğu səbəbindən güclü rəqabət var idi. Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq treninqdə inkişaf etdiriləcək ssenarilərin realizasiyasında maraqlıyıq, seçimdə bu prinsip də nəzərə alınırdı.

20 Avqust tarixində Yay Məktəbinə seçilmiş iddiaçıların adları açıqlanacaq.

# 1529 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #