"Balaca şahzadə" ən yaxşı kitab oldu

"Balaca şahzadə" ən yaxşı kitab oldu
19 noyabr 2020
# 18:29

Fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” kitabı uşaq ədəbiyyatı janrında, elektron və audiokitablar siyahısında son onilliyin ən tələb duyulan kitabı olub.

Kulis.az xəbər verir ki, bu məlumatı Rusiyanın “LitRes” kitab servisi yayıb.

Servis son on ildə elektron və audio kitabxanalarda ən çox axtarılan kitabların statistikasını aparıb. İkinci yerdə Bodo Şeferin “Mani adlı it”, üçüncü yerdə isə Çerstin Lündberqin “Xoşbəxtlik kökəsi” nağılı yer alıb.

Həmçinin uşaq ədəbiyyatı janrında axtarılan kitabların ilk onluğunda Mark Tvenin “Tom Soyerin macəraları” adlı audio kitabı da yer alıb.

# 2289 dəfə oxunub

Müəllifin son yazıları

# # #