Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor

Yeni Ceyms Bond bəlli oldu - 007 roluna gözlənilməz aktyor
17 noyabr 2026
# 10:14

Kino tarixinin ən məşhur casusunu bundan sonra Robert Pattinson canlandıracaq.

Kulis.az xəbər verir ki, “Amazon MGM Studios” noyabrın 16-da aktyorun yeni Ceyms Bond seçildiyini açıqlayıb.

Beləliklə, 2021-ci ildə “No Time to Die” filmi ilə obrazla vidalaşan Deniel Kreyqdən sonra 007 rolunu canlandıracaq yeddinci aktyorun kimliyi məlum olub.

Hələlik adı açıqlanmayan 26-cı Bond filminin rejissoru “Dune” və “Arrival” filmlərinin müəllifi Denis Villeneuve olacaq. Ssenarini isə “Peaky Blinders” serialı ilə tanınan Stiven Nayt yazır. Ekran əsərinin prodüserləri Devid Heyman və Emi Paskaldır. Pattinson seçimlə bağlı bunun həyatının ən böyük şərəflərindən biri olduğunu bildirib. Yeni filmin çəkiliş və nümayiş tarixi hələ açıqlanmayıb.

# 59 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər