ADO-da premyera - RİNG

ADO-da premyera - RİNG
29 iyul 2019
# 16:13

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) 7-ci sezonun ilk premyerasını edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, rremyera 31 iyul saat 19:00-da baş tutacaq.

RİNG adlı tamaşa modern alman dramaturqu Falk Rixterin “Güvən” pyesi əsasında hazırlanıb.

Əsəri Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib. Tamaşanın rejissoru ADO teatrının fransız əsilli aktrisası Elsa Furtado, rəssamı Leyla Quliyevadır. Rolları isə Günel İmanova, Fərizə Babayeva, İskra Tarrant, Elmin Bədəlov və Sabir Vol Məmmədov ifa edir.

# 2053 dəfə oxunub

Müəllifin son yazıları

# # #