Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır
26 oktyabr 2026
# 11:40

Məşhur aktrisa Marqot Robbinin karyerasının əvvəlində çəkildiyi “Neighbours” serialı bu dəfə süni intellektdən istifadə üsuluna görə müzakirə yaradıb.

Kulis.az xəbər verir ki, serialın prodüseri “Fremantle” mobil telefonlar üçün nəzərdə tutulan şaquli formatlı qısa epizodlar hazırlamaq məqsədilə aktrisanın obrazının yer aldığı köhnə səhnələri yenidən montaj edir.

Layihə təxminən 150 dəqiqəlik məzmunu əhatə edəcək, lakin bəzi keçmiş aktyorlar əvvəlcədən xəbərdar edilmədiklərini və razılıqlarının alınmadığını bildirirlər.

Prodüser isə yeni səhnə, süni səs və ya aktyorların üzünü dəyişdirən görüntülər yaradılmadığını, texnologiyanın montaj və kadrların şaquli formata uyğunlaşdırılması üçün istifadə edildiyini deyir.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər