Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi

Azərbaycanlı rejissorun filmi beynəlxalq proqrama seçildi
13 may 2026
# 13:00

Prodüser, rejissor Türkan Hüseynin “Xatırladığını eşit” adlı bədii film layihəsi nüfuzlu “Torino Film Lab – Next Feature” beynəlxalq proqramına seçilib.

Kulis.az xəbər verir ki, detektiv və dram janrında olan filmin baş qəhrəmanı Lalə qətllə yekunlaşan davanın təsadüfi və yeganə şahidinə çevrilir və bu hadisə ölüm-dirim mübarizəsinə çevrilir.

İlk sessiyası onlayn formatda 4-8 may tarixlərində keçirilən beynəlxalq proqramın növbəti sessiyası 1-5 iyun, 2026-cı il tarixlərində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı sözügedən layihənin və Türkan Hüseynin “Torino Film Lab – Next Feature” beynəlxalq proqramda iştirakına dəstək göstərib.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər