“Oskar” mərasimində qonaqlar maskasız olacaq

“Oskar” mərasimində qonaqlar maskasız olacaq
22 aprel 2021
# 12:57

Aprelin 25-də Los-Ancelesdə 93-cü Oskar mükafatının keçirələcəyi mərasimdə qonaqlar kamera qarşısında maskasız görünə biləcəklər.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, tədbirdə bir sıra təhlükəsizlik tədbirləri də nəzərdə tutulur. Reklam fasiləsi zamanı qonaqlardan maskalardan istifadə etmələri istəniləcək və tamaşaçılar 170 yerlə məhdudlaşacaq. Bundan əlavə, hər qonağın fərdi marşrutu və giriş və çıxış vaxtı olacaq. Qonaqların temperaturları ölçüləcək, tədbir ərəfəsində koronavirus üçün ən azı üç testdən keçəcəklər.

Təşkilatçılar həmçinin qeyd edirlər ki, qırmızı xalıya eyni vaxtda üçdən çox fotoqraf buraxılmayacaq, jurnalistlərdən müsahibələrdən uzaqlaşmaları tələb olunacaq.

# 1313 dəfə oxunub

Müəllifin son yazıları

# # #