Bakuş – QISA HEKAYƏ

Bakuş – QISA HEKAYƏ
25 noyabr 2015
# 11:21

Kulis gənc yazar Vüqar Abdiyevin “Bakuş” hekayəsini təqdim edir

Doqquzuncu sinifdə məktəbi tərk edib yolunda stol qoyaraq bakuş satan vaxtlarım idi. Şagirdlərə saqqız və şirniyyat satmaq üçün əla strategiya qurmuşdum. Məni görən məktəblilər çox vaxt yollarını başqa səmtdən salırdılar.

Piştaxtam səyyar olduğundan məktəbin bütün yollarını nəzarətə götürmüşdüm. Heç kim əlimdən qaçıb qurtara bilmirdi. Bir gün sevdiyim qız piştaxtama yaxınlaşıb bakuş almaq istədi. Onu sevdiyimi bilirdi. Etiraf etməmişdim, utanırdım. Aldığı şirniyyatın pulunu götürmək istəmədim. Bu, həm də mənim sevgi etirafım idi. Qız niyyətimi duyub aldıqlarını stolun üstünə qoyaraq, çevrilib getdi...

Aradan illər keçdi. Bir gün təsadüfən onunla bazarda rastlaşdıq. Qucağında uşaq vardı. Hal-əhval tutduq. Kədərli notlar üzərində hərəmiz bir-iki ağız həyatın acılığından danışıb, şirinliyinin elə o bakuşlarla getdiyini dodaqaltı vurğuladıq. Sonda dedi ki, gərək o vaxt o bakuşları israrla da olsa çantama qoyaydın.

# 1096 dəfə oxunub

Müəllifin son yazıları

# # #